Dünya ulduzu Ed Şiran və onun 30 yaşlı həyat yoldaşı Çerri Siborn dünyaya gələn qızına qeyri-adi ad qoyublar.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, iki yaşlı qızı Lira Antarktidanın ardınca məşhur cütlük körpələrinə Yupiter adını qoyublar.
Ed və Çerri bu adı həm məna baxımından, həm də özünəməxsusluğu baxımından bəyəniblər. Aşiqlər bildiriblər ki, Yupiter adı qızlarına çox yaraşıb.
Valideynlər üçün bu adın xüsusi bir müqəddəs mənası var. Lakin cütlük bunu açıqlamağa tələsmir.
Cütlüyün Lira Antarktida adında ilk qızı 2020-ci ilin avqustunda dünyaya gəlib.
Rəşad Əliyev, Bizim.Media