Bu gün Türkiyə, Rusiya və Ukrayna Müdafiə nazirlikləri ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətləri arasında görüş başlayıb.
Bizim.Media "Habertürk"ə istinadən xəbər verir ki, tərəflər Türkiyə və BMT-nin iştirakı ilə İstanbulda bir araya gəlib.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar iyulun 12-də bildirib ki, nümayəndə heyətləri Ukrayna limanlarında gözləyən taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınması üçün danışıqlar aparacaq.
Qeyd edək ki, bu, dördlü formatda baş tutan ilk görüşdür.
Bizim.Media