Xalq artisti Brilliant Dadaşova həmkarı Samir Bağırovla el şənlikləriinn birində bir araya gəlib.
Bizim.Media xəbər verir ki, sənətçi həmkarı ilə dəbdəbəli məclislərin birində illər əvvəl duet oxuduqları "Yalvarıram" bəstəsini yenidən səsləndiriblər.
B.Dadaşova S.Bağırovla illər sonra yenidən qarşılaşaraq, bir səhnəni bölüşdüyü üçün sənət dostuna sosial şəbəkə hesabında təriflər yağdırıb.
"Əsl səhnə insanı. Yaraşıqlı, ziyalı, gözəl zövqlü, özünəməxsus səs tembri olan - Samir Bağırov" - deyə, Brilliant Samirlə paylaşdığı videoya şərh yazıb.
Rəşad Əliyev, Bizim.Media