İran Polisinin Siyasi-İnanc məsələləri üzrə rəis müavini Əlirza Ədyani ölkə üzrə əxlaq təhlükəsizliyi polisinin yaradıldığını deyib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Azad İran” Telegram kanalı yayıb.
"Sevindirici haldır ki, Tehranda əxlaq təhlükəsizliyi ilə bağlı tədbirlər bütün gücü ilə icra edilir və bu sahədə ölkənin digər əyalətlərində də tədbirlər başlayacaq", deyə Əlirza Ədyani qeyd edib. Onun sözlərinə görə, ölkədə "əxlaqın qorunması planı" çərçivəsində "əxlaq qaydalarını pozanlar"ın məqsədyönlü, qanuni və davamlı şəkildə cəzalandırılması nəzərdə tutulur.
Bizim.Media