Türkiyə-Ermənistan münasibətlərini normallaşdırmaq üçün siyasi iradə və real addımlar lazımdır.
Bizim.Media “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yunanıstanın “Kathimerini” nəşrinə müsahibəsində deyib.
O, iki ölkənin xüsusi nümayəndələr təyin etdiyini, şərt irəli sürmədən ölkələrin sərhədlərin açılması və diplomatik münasibətlərin qurulmasına yönəlik proseslə bağlı 4 görüşün keçirildiyini xatırladıb:
“Bu görüş zamanı tərəflər ilkin şərt olmadan sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması prosesinin davam etdirilməsinə sadiq olduqlarını təsdiqləyiblər”.
“Prosesə pozitiv dinamika vermək üçün Türkiyə XİN başçısının təklifini qəbul edərək Antalyada keçirilən diplomatik foruma qatıldım və onunla forum çərçivəsində görüşdüm”, - Mirzoyan əlavə edib.
Bizim.Media