Azərbaycanın PSİXOLOQ BAZARI – “Biri Qərbə, biri Şərqə, biri də bilmirsən hara dartır...”

Çox kreativik. İstənilən məsələyə həmən reaksiya veririk. Özü də yanaşmamız çox orjinal olur. Və yanaşmamızın bəzən dünyada anoloqu olmur. Ən maraqlısı da odur ki, istənilən ideyanı kommersiyalaşdıra bilirik. Məsələn, qloballaşan dünyamızda insanlar hər an streslə üzləşir, psixoloji sarsıntı keçirir.

Təbii ki, bu stresi üzərimizdən atmağa bəzən özümüzdə güc tapa bilmirik. Bu zamansa həkimə, daha doğrusu isə psixoloqa üz tuturuq. Psixoloq da ki, maşallah N qədərdir. Yerindən duran psixoloji yardım məntəqəsi açır. 2-3 nəfəri də yığıb başına caamata “psixoloji yardım” göstərir.

Ən qəribəsi də budur ki, özünü psixoloq kimi cəmiyyətə sırıyanların çoxunun heç bu sahə ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Məsələn, bu gün çox populyar olan xanım psixoloqlardan biri uzun illər stüardesa kimi çalışıb. Və günlərin birində göylərdən yerə enən xanım psixoloq olmaq qərarına gəlib. Və bu gün ölkəmizin ən bərkgedən psixoloqlarından biridir.
Göz dəyməsin, xanım psixoloqun tərtib etdiyi yardım paketinin qiyməti də pis deyil. Məsələn, ailə-cütlük terapiyaları və sindromlar, psixoloji narahatlıqlar üsrə seansın 1 saatı 150, cinsəllik və cinsi disfunksiyalar üzrə 1 saatlıq seans 200, daxilə baxış-özünü dərk etmə üzrə 1 saatlıq seans 300 (!) manat və s. Əgər pasiyent əcnəbidirsə onda o bütün xidmətlər üzrə əlavə 100 manatından keçməlidir.

Göründüyü kimi psixoloqlarımızın qiymət siyasəti də pis deyil. Di gəl ki, ortada psixoloji yardım yoxdur. 

Psixoloqun yanına gedəndən sonra əvvəlki durumdan çıxdığını və yaxud fikrinin dəyişdiyini söyləyən çox az adama rast gəlirik.

Məsələnin digər təəssüf doğuran tərəfi odur ki, psixoloqların pasiyentə yanaşma tərzləri də fərqlidir. Hərə təhsil aldığı ölkələrin mental xüsusiyyətləri ilə pasiyentə yaxınlaşır. Məsələn, Avropa təhsili alan psixoloqlar psixoloji yardımdan daha çox gender bərabərliyini təbliğ edirlər.

Problemdən çıxış yolu kimi qadının şərti azadlığını əsas gətirirlər. Təəssüf ki, psixoloqlarımızın sırasında feministlər də kifayət qədərdir.

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən tanınmış sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, “bəzən məndən müsahibə alanda, hansısa psixoloqdan da fikir alırlar. Baxıram, mat qalıram. Kitab cümlələriynən danışırlar. Qardaş, psixoloq həyatı bilməlidir. İndi qəribə dəb yaranıb.

Deyirlər ki, filankəs Amerikada, və yaxud Fransada qurtarıb gəlib. Əsas odur ki, o işinin peşəkarı olsun, savadlı olsun. Xaricdə təhsil almaq yaxşıdır, amma öz xaqlnın məxsusi xüsusiyyətlərini bilmədən psixoloq danışa bilməz.

Biri Qərbə, biri Şərqə, biri də bilmirsən hara dartır. Biri bir test çap elətdirir, gələnin qarşısına qoyur. Psixoloq imtahan götürən müəllim deyil, stresi götürən təbibdir. Çox təəssüf ki, bizdə psixoloqlar özlərini müəllim kimi aparır. Pasiyenti müalicə eləmir, ona yeni şeylər öyrədir. Vəssəlam...”.

Bu günkü psixoloqların bəziləri qədimdəki cindarları xatırladır. Onlar insanları ətrafındakı yaxşı şeylərdən qidalanmağı, onlara sarılmağı yox, gündə onun yanına gəlib, hazırladığı prodseduru qəbul etməyi tövsiyyə edirlər. Bəzi psixoloqlar hətta masaj xidmətləri də göstərir. Guyaki, psixoloji problemi masajla atmaq olur. Bu isə sadəcə savadsızlıq nümunəsidir.

Bu məsələnin ən ağrılı tərəfi isə odur ki, psixoloqlar çox zaman ailə dəyərlərini baltalayırlar. Sevginin azadllığını təbliğ edirlər. Pasiyentə şəxsi hisslərini övlada, ata-anaya və ailə başçısına sevgi və hörmətdən daha üstün tutmağı tövsiyyə edirlər.
Ona görə də hazırda qadınlarımız boşanmaya əvvəlki illərdən daha çox həvəs göstərirlər. Bu da ondan irəli gəlir ki, bəzi psixoloji məntəqələr qrant alır. Qrantlar isə elə-belə verilmir...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncədə ağır qəza: 4 nəfər xəsarət aldı

Gəncədə ağır qəza: 4 nəfər xəsarət aldı

Balakəndə sel suları körpünü dağıtdı - VİDEO

Balakəndə sel suları körpünü dağıtdı - VİDEO

Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəlir

Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəlir

Çingiz Abdullayev: "Bilir ərinin ikinci ailəsi var, deyir ki, nə olsun?"

Çingiz Abdullayev: "Bilir ərinin ikinci ailəsi var, deyir ki, nə olsun?"

Evlilik təklifi alan qadının ürəyi GETDİ - VİDEO

Evlilik təklifi alan qadının ürəyi GETDİ - VİDEO

İlham Əliyev Hadrut qəsəbəsində məscidin açılışında - FOTO

İlham Əliyev Hadrut qəsəbəsində məscidin açılışında - FOTO

"Azəri-Çıraq-Günəşli"dən nə qədər qaz hasil edilib?

"Azəri-Çıraq-Günəşli"dən nə qədər qaz hasil edilib?

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Prezident Hadrut qəsəbəsinə getdi - FOTO

Prezident Hadrut qəsəbəsinə getdi - FOTO

Basketbol millimiz Dünya Qadın Seriyasında ikinci yeri tutdu

Basketbol millimiz Dünya Qadın Seriyasında ikinci yeri tutdu

Azərbaycanda yanğın və partlayış riskləri də icbari sığortaya daxil ediləcək

Azərbaycanda yanğın və partlayış riskləri də icbari sığortaya daxil ediləcək

“Qalatasaray” və “Beşiktaş” qalib gəldi - VİDEO

“Qalatasaray” və “Beşiktaş” qalib gəldi - VİDEO

Beynəlxalq axtarışda olan 8 şəxs Türkiyəyə GÖNDƏRİLDİ - FOTO

Beynəlxalq axtarışda olan 8 şəxs Türkiyəyə GÖNDƏRİLDİ - FOTO

İlham Əliyev Füzuli rayonunda Qaraxanbəyli kəndinin təməlini qoydu - FOTO

İlham Əliyev Füzuli rayonunda Qaraxanbəyli kəndinin təməlini qoydu - FOTO

Nepalda ölənlərin sayı 72-yə çatdı

Nepalda ölənlərin sayı 72-yə çatdı

ABŞ dövlət katibi İsrailə GETDİ

ABŞ dövlət katibi İsrailə GETDİ

Ramil Şeydayev bu klubla danışıq aparır

Ramil Şeydayev bu klubla danışıq aparır

Bu ölkədə təyyarə qəzası - ÖLƏNLƏR VAR

Bu ölkədə təyyarə qəzası - ÖLƏNLƏR VAR

Ermənistan pasport möhürlərindən Ağrıdağı SİLDİ – FOTO

Ermənistan pasport möhürlərindən Ağrıdağı SİLDİ – FOTO

"Qarabağ"ın rəqibi səfərdə qalib gəldi - VİDEO

"Qarabağ"ın rəqibi səfərdə qalib gəldi - VİDEO

Xocalının körpəsi, Türkiyənin müəllimi: hər ikisi Aybükə, hər ikisi şəhid

Xocalının körpəsi, Türkiyənin müəllimi: hər ikisi Aybükə, hər ikisi şəhid

Sabah yağıntılar tədricən kəsiləcək

Sabah yağıntılar tədricən kəsiləcək

Gəncədə yataqxananın eyvanı uçdu - VİDEO

Gəncədə yataqxananın eyvanı uçdu - VİDEO

Bu limanda 400 kiloqramdan çox kokain ələ keçirildi

Bu limanda 400 kiloqramdan çox kokain ələ keçirildi

End of content

No more pages to load

RADİO