İyulun 23-də “Möhtəşəm Yüzyıl”, “Çalıkuşu” və “Kara Aşk” seriallarında oynadığı rollarla rus tamaşaçılarını məftun edən türkiyənin məşhur və yaraşıqlı aktyoru Burak Özçivit Rusiyaya səfər edəcək.
Bizim.Media xəbər verir ki, aktyor Moskvanın dəbdəbəli restoranlarının birində şam yeməyinin ulduz qonağı olacaq.
Restoranın aşpazları türk məzəsi, pide, kabab yeməklərindən ibarət süfrə hazırlayacaqlar.
Damdakı geniş verandaya yeni çiçəklər əkilib, möhtəşəm foto zonalar quraşdırılacaq.
Xarizmatik aktyor isə qonaqlarla həmsöhbət olacaq.
Rəşad Əliyev, Bizim.Media