Azərbaycan və Litva arasında imzalanmış beynəlxalq avtomobil daşımaları sahəsində əməkdaşlıq haqqında saziş təsdiq edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiya iclasında müzakirəyə çıxarılıb.
İclasın gündəliyinə daxil edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi səsverməyə qoyularaq qəbul olunub.
Murad Əhmədov, Bizim.Media