Zahid Oruc: “Əgər seyrçi qalsaq, övladlarımızdan legioner ordu düzəldəcəklər”

“2014-2015-ci illərdə Yaxın Şərqdəki savaşa aldadılaraq qatılan vətəndaşları almaq üçün o zaman bir sıra sərt hüquqi-siyasi tədbirlər görülmüşdü: Cinayət Məcəlləsində terror birləşmələrinin tərkibində iştirak edənlərə cəzaların sərtləşdirilməsi, vətəndaşlıqdan və ölkədən çıxarılma, eləcə də azərbaycanlıları ələ almağa çalışan casus qruplarına qarşı əkstəbliğat tədbirləri gücləndirilmişdi”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Zahid Oruc Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiya iclasında səsləndirib.  

Deputat təəssüflə qeyd edib ki, o zaman 900-ə yaxın vətəndaşın Suriya və İraqda terror qruplarına qatıldığı, 300-nün həyatını itirdiyini, 200-ə yaxın şəxsin həbs edildiyini, 200-ə qədərinin isə vətəndaşlıqdan çıxarıldığı rəsmən bəyan edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Türk dövlətləri Ermənistana qarşı sərt mövqelərini ortaya qoymalıdır” - Zahid Orucla MÜSAHİBƏ


Zahid Orucun sözlərinə görə, Ukraynada döyüşən vətəndaşlarımızın dəqiq sayı bəlli deyil:

“Lakin Suriyada cihad ideyası ilə müqəddəsliyə can atanlar indi Ukraynada din yox, müxtəlif vədlər, xüsusən də aylıq 1000-3000 dollar muzda görə silahlı qruplara qoşulurlar. Təəssüf ki, bir sıra yerli partiyalar vətəndaşların müharibəyə qatılmasını təşviq edir, çünki Ukraynaya hərbi dəstək siyasi xal qazandırır.

Halbuki bir müddət əvvəl Goranboya gətirilib dəfn edilən Elnur Həsənovun itkisini tək ailəsi yaşadı. Əgər biz seyrçi qalsaq, sabah övladlarımızdan legioner tabor düzəldəcəklər. Çoxlarınız əlində silah “mən azərbaycanlıyam” deyib, Ukrayna və ya Rusiya rəhbərlərini ittiham edən kadrları görmüsünüz. Heç şübhəsiz, dövlətimizi müharibəyə çəkmək istəyənlər bu muzdlu əməliyyatını bizim hərbi cəhətdən neytral, siyasi baxımdan barış kursumuza qarşı istifadə edirlər”.

Millət vəkili əlavə edib ki, ölkəmizi İkinci Qarabağ savaşına xaricdən döyüşçü gətirməkdə ittiham edənlər indi kütləvi muzdlu ixracına yaşıl işıq yandırıblar:

“Beynəlxalq hüquq iflasa uğrayıb və “Vaqner” tipli hərbi təşkilatlar milli ordulardan önə keçib. Əmək miqrantlarını hərbi mirqasiya əvəzləyib. Bəs, biz nə etməliyik? Desək ki, onlar gedib rəsmi dövlət ordusuna qoşulursa, cinayətkar deyillər, qoy gedib pul qazansınlar, onda təhlükəli bir prosesə yardımçı olarıq.

Onların ölkəmizə gətirəcəyi təhlükəli düşüncə, öldürmək psixologiyası Amerika məktəblərindəki qırğınlar üçün münbit zəmin yaradır.

Ölkəmizdə Vaqner ÇVK-ya bənzər beynəlmiləl birləşmə yaratmaq çıxış yolu ola bilməz. Yad maraqlar, yalnız pul naminə, millətin övladları onların olmayan muzdlu müharibəsinə qoşulmamalıdır! Bizim haqq müharibəmiz, nahaq savaşlardan uzaq durmağı tələb edir”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Balakəndə sel suları körpünü dağıtdı - VİDEO

Balakəndə sel suları körpünü dağıtdı - VİDEO

Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəlir

Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəlir

Çingiz Abdullayev: "Bilir ərinin ikinci ailəsi var, deyir ki, nə olsun?"

Çingiz Abdullayev: "Bilir ərinin ikinci ailəsi var, deyir ki, nə olsun?"

Evlilik təklifi alan qadının ürəyi GETDİ - VİDEO

Evlilik təklifi alan qadının ürəyi GETDİ - VİDEO

İlham Əliyev Hadrut qəsəbəsində məscidin açılışında - FOTO

İlham Əliyev Hadrut qəsəbəsində məscidin açılışında - FOTO

"Azəri-Çıraq-Günəşli"dən nə qədər qaz hasil edilib?

"Azəri-Çıraq-Günəşli"dən nə qədər qaz hasil edilib?

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Prezident Hadrut qəsəbəsinə getdi - FOTO

Prezident Hadrut qəsəbəsinə getdi - FOTO

Basketbol millimiz Dünya Qadın Seriyasında ikinci yeri tutdu

Basketbol millimiz Dünya Qadın Seriyasında ikinci yeri tutdu

Azərbaycanda yanğın və partlayış riskləri də icbari sığortaya daxil ediləcək

Azərbaycanda yanğın və partlayış riskləri də icbari sığortaya daxil ediləcək

“Qalatasaray” və “Beşiktaş” qalib gəldi - VİDEO

“Qalatasaray” və “Beşiktaş” qalib gəldi - VİDEO

Beynəlxalq axtarışda olan 8 şəxs Türkiyəyə GÖNDƏRİLDİ - FOTO

Beynəlxalq axtarışda olan 8 şəxs Türkiyəyə GÖNDƏRİLDİ - FOTO

İlham Əliyev Füzuli rayonunda Qaraxanbəyli kəndinin təməlini qoydu - FOTO

İlham Əliyev Füzuli rayonunda Qaraxanbəyli kəndinin təməlini qoydu - FOTO

Nepalda ölənlərin sayı 72-yə çatdı

Nepalda ölənlərin sayı 72-yə çatdı

ABŞ dövlət katibi İsrailə GETDİ

ABŞ dövlət katibi İsrailə GETDİ

Ramil Şeydayev bu klubla danışıq aparır

Ramil Şeydayev bu klubla danışıq aparır

Bu ölkədə təyyarə qəzası - ÖLƏNLƏR VAR

Bu ölkədə təyyarə qəzası - ÖLƏNLƏR VAR

Ermənistan pasport möhürlərindən Ağrıdağı SİLDİ – FOTO

Ermənistan pasport möhürlərindən Ağrıdağı SİLDİ – FOTO

"Qarabağ"ın rəqibi səfərdə qalib gəldi - VİDEO

"Qarabağ"ın rəqibi səfərdə qalib gəldi - VİDEO

Xocalının körpəsi, Türkiyənin müəllimi: hər ikisi Aybükə, hər ikisi şəhid

Xocalının körpəsi, Türkiyənin müəllimi: hər ikisi Aybükə, hər ikisi şəhid

Sabah yağıntılar tədricən kəsiləcək

Sabah yağıntılar tədricən kəsiləcək

Gəncədə yataqxananın eyvanı uçdu - VİDEO

Gəncədə yataqxananın eyvanı uçdu - VİDEO

Bu limanda 400 kiloqramdan çox kokain ələ keçirildi

Bu limanda 400 kiloqramdan çox kokain ələ keçirildi

Bakıda obyekt yandı: 4 nəfər xilas edildi

Bakıda obyekt yandı: 4 nəfər xilas edildi

End of content

No more pages to load

RADİO