Amerikalı məşhur aktyor Ceyms Kaan 82 yaşında vəfat edib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə aktyorun "Twitter" səhifəsində ailəsi məlumat verib.
İyulun 6-da vəfat edən aktyorun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, o, “Xaç atası” (1972) filmində "Sonni Korleone" obrazını canlandırıb.
Aktyor “Xaç atası” filmindəki işinə görə “Oskar” və “Qızıl Qlobus” mükafatlarına namizəd olub.
Bizim.Media