Dünyaca məşhur stilist Anar Ağakişiyev qarderob otağını nümayiş etdirib.
Bizim.Media xəbər verir ki, bir neçə ay əvvəl yeni düpleks mənzilinə köçən stilist dəbdəbəli qarderob otağından görüntülərini paylaşıb.
Güzgülü komotunun önünə keçən stilistin lentə aldığı kadrlarda masa üzərində yerləşən sayı yüzə yaxın lüks ətirlər isə görənləri təəccübləndirib.
Qeyd edək ki, xarici ulduzları, eyni zamanda Türkiyənin məşhur simaları Bülent Ersoy və Demet Akalını da bəzəyən Anar Ağakişiyevin İstanbulda da evi var.
Rəşad Əliyev, Bizim.Media