SEPAH-a Fazil Mustafadan CAVAB – “Burnunuzu bizim işimizə soxmayın”

İyulun 5-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi teleqram kanalı Azərbaycana qarşı növbəti təhdid dolu mesaj paylaşıb. 

Qeyd olunub ki, “Sionist rejimin şimal sərhədlərimizdəki müttəfiqləri bilməlidirlər ki, biz tozları təmizləmək üçün süpürgədən istifadə edirik. Amma bəzən lazım gəldikdə “Fateh”i (İranın ballistik raketi) də işə salırıq...”.

Qeyd edək ki, SEPAH-ın bu paylaşımı istər təşkilatın, istərsə də digər İran rəsmilərinin dilindən son günlərdə ölkəmizə qarşı səsləndirilən ilk belə hal deyil.

Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən millət vəkili Fazil Mustafa qeyd edib ki, bu cür açıqlamalar ölkələlərarası münasibətlərin inkişafına maneə törədir:

“Arada SEPAH rəsimləri tərəfindən belə gic və mənasız açıqlamalar verilir. Bunlar əslində Azərbaycan-İran münasibətlərinin müsbət mənada inkişafı zamanı olan çağırışlardır. Bu gün heç bir ölkə, həm İran, həm də digərləri belə təhdid dili ilə danışanda sonra böyük fəlakətlər yaşayır. Necə ki, Rusiya atdığı addımların böyük faciəsini yaşamaqdadır. Dövlətlər də bundan nəticə çıxarmalıdırlar ki, başqalarını təhdid edib, hədələməklə nəticə əldə etmək mümkün deyil”. 

Deputatın sözlərinə görə, bu kimi məsələlərdə Azərbaycanı hədələmək sadəcə onların özlərinə ziyan verə bilər:

“Biz hansı ölkə ilə müttəfiq olmağımızla bağlı kimdənsə icazə almırıq. Eyni zamanda İranla da normal münasibətlər saxlayırıqsa, başqa ölkələrin də buna qarışmasına imkan vermirik. Biz hamı ilə normal münasibətlərin saxlanılmasının tərəfdarıyıq. İndi kimsə İrandan gic-gic, mənasız açıqlamalar verəcəksə, çalışmalıyıq ki, bu ölkələrarası münasibətlərə təsir göstərməsin. Çünki dövlətlər öz maraqları çərçivəsində hərəkət edirlər. Əgər bizim başqalarıyla dostluğumuz İranın əlehinə çevrilməyibsə, niyə bundan narahat olmalıdırlar?”

Fazil Mustafa Azərbaycanın qonşu ölkələrlə münasibətlərinə zərbə vurmağa çalışan qüvvələrin bununla yalnız özlərinə ziyan vurduqlarını qeyd edib:

“SEPAH-ın da bu tip mənasız açıqlamalarının Azərbaycan üçün heç bir dəyəri yoxdur. Azərbaycan normal qonşuluq və sülhə üstünlük verən siyasətini davam etdirəcək. Eyni zamanda biz İsraillə də münasibətlərimizi əvvəlki qaydada davam etdirəcəyik, digər ölkələrin istəyib-istəməyəcəyinə rəğmən. Biz öz siyasətimizi müstəqil müəyyən edirik. Ona görə də, İranla münasibəti poz deyənlərə də, İrandan bizim hansısa bir ölkəylə yaxınlığmızı bəyənməyənlərə də, “burnunuzu bizim işimizə soxmayın” deyirik”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Astronavtların orqanizmi niyə zəifləyir? - Alimlər səbəbi AÇIQLADI - FOTO

Astronavtların orqanizmi niyə zəifləyir? - Alimlər səbəbi AÇIQLADI - FOTO

Mahsun Kırmızıgül: “Kaş əllərin qırılaydı, Haluk!" – FOTO

Mahsun Kırmızıgül: “Kaş əllərin qırılaydı, Haluk!" – FOTO

Düyü idxalında KƏSKİN AZALMA – Nə baş verir?

Düyü idxalında KƏSKİN AZALMA – Nə baş verir?

Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı

Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı

Qızıl 4 000 dollara ticarət olunur

Qızıl 4 000 dollara ticarət olunur

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi

Azərbaycanın 6 ayda neft ixrac etdiyi TOP-10 ölkə - SİYAHI

Azərbaycanın 6 ayda neft ixrac etdiyi TOP-10 ölkə - SİYAHI

Rusiyanın Novosibirsk vilayətində güclü ZƏLZƏLƏ oldu

Rusiyanın Novosibirsk vilayətində güclü ZƏLZƏLƏ oldu

Allahşükür Paşazadə: “Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün dualar etməliyik”

Allahşükür Paşazadə: “Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün dualar etməliyik”

Toyda qonaqlara "Chanel", "Cartier" hədiyyə olundu

Toyda qonaqlara "Chanel", "Cartier" hədiyyə olundu

Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Məğlubiyyətdə birləşib, qələbəni bölüşə bilməyənlərin DRAMI

Məğlubiyyətdə birləşib, qələbəni bölüşə bilməyənlərin DRAMI

İmtahanda ölkənin ən yüksək balları Sumqayıtdan gəldi - FOTO

İmtahanda ölkənin ən yüksək balları Sumqayıtdan gəldi - FOTO

Smartfon istifadəçilərinə xəbərdarlıq

Smartfon istifadəçilərinə xəbərdarlıq

Bakıda itkin düşən azyaşlı bacı-qardaş tapıldı - YENİLƏNİB

Bakıda itkin düşən azyaşlı bacı-qardaş tapıldı - YENİLƏNİB

Ukrayna Tambov vilayətində logistika mərkəzini vurdu - 7 ölü, 24 yaralı – VİDEO

Ukrayna Tambov vilayətində logistika mərkəzini vurdu - 7 ölü, 24 yaralı – VİDEO

Xırdalanda yaşayış binasında YANĞIN: Sakinlər belə təxliyə edildi – VİDEO/YENİLƏNİB

Xırdalanda yaşayış binasında YANĞIN: Sakinlər belə təxliyə edildi – VİDEO/YENİLƏNİB

“Qarabağ”ın biletləri bu gün satışa ÇIXARILIR

“Qarabağ”ın biletləri bu gün satışa ÇIXARILIR

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər SAXLANILDI

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər SAXLANILDI

Moskvaya PUA hücumu - 26 yaralı var

Moskvaya PUA hücumu - 26 yaralı var

Ehtiyat hissələri heç zavodunda tapılmayan Çin maşınları ­– HANSILARDIR?

Ehtiyat hissələri heç zavodunda tapılmayan Çin maşınları ­– HANSILARDIR?

Bu ölkə tamamən boşaldılır

Bu ölkə tamamən boşaldılır

Məhkəmə məşhur xəstəxana ilə bağlı qərar verdi

Məhkəmə məşhur xəstəxana ilə bağlı qərar verdi

Dünyanın ən gözəl sözü müəyyən edildi - Ancaq tərcüməsi yoxdur

Dünyanın ən gözəl sözü müəyyən edildi - Ancaq tərcüməsi yoxdur

End of content

No more pages to load

RADİO