Neft bazarındakı ÇAXNAŞMA – “2023-cü ilin sonuna qədər qiymətlər düşməyəcək” – EKSPERT

“Ukraynada baş verən hadisələrdən sonra Rusiya rəsmiləri etiraf etdilər ki, Rusiya neftinin ixrac və idxal xərcləri barədə heç kimə açıq şəkildə məlumat ötürülməyəcək”.

Neft-qaz üzrə ekspert Zəfər Vəliyev Bizim.Media-ya verdiyi açıqlamada bu fikirləri səsləndirib. Və maraqlı orasıdır ki, Rusiyanın əvvəlki aylarla müqayisədə may, iyun aylarındakı neft gəlirlərində artım baş verib:
 

MÖVZU İLƏ BAĞLI:

OPEC+ dağılacaqmı? - Neft qiymətlərinin FƏLAKƏT HƏDDİ...


“Məsələ burasındadır ki, Rusiya neftinin axın xəttlərində çox ciddi dəyişikliklər baş verib. Əvvəllər bir ildə Rusiya Avropaya 105-106 milyon ton neft ixrac edirdisə, bu ixrac həcmlərinin bir hissəsini indi Asiya bazarlarına yönəldib. İxrac zamanı dəniz tədarükündən də istifadə olunur. Həm Baltik dənizindəki teriminal, o cümlədən “Primorsk və Ust-Luq” limanları üzərindən yüklənən neft daşıyan tankerlər Asiya bazarlarına yönəlir. Eyni zamanda Qara dənizdən “Novorossiysk” limanı yaxınlığında yerləşən teriminaldan gəmilərə yüklənən neft həcmləri sürətlə Asiya bazarlarına doğru yer dəyişir. Həmçinin Rusiyanın şimal dəniz limanları olan “Murmansk və İndiqo” teriminallarından da, dəniz üzərindən neft tədarükünə başlanılıb”.

Ekspert açıqlamasında Avropa Komissiyasının Rusiyaya tətbiq etdiyi 6-cı sanksiya paketinin şərtlərinə uyğun olaraq 6 ay müddətində Rusiyadan dəniz üzərindən neft tədarükünə son qoyulacağına və bunun neft qiymətlərinə təsir edən əsas faktor olduğuna diqqət çəkib:

“Şərqə uzanan Şərqi Sibir neft kəməri vasitəsilə, o cümlədən teriminalın üzərindən dəniz tədarükü həyata keçirilir. Eyni zamanda iki kəmər vasitəsilə Qazaxıstan neftinin ixracı həyata keçirilir. Əsasən də, “Samara-Atasu –Alaşankau” neft kəməri vasitəsilə. Bu Qazaxıstan ərazisindən keçən neft kəməridir. Bu kəmər vasitəsilə Çinin şərq vilayətlərinə yəni şərqi Türküstana neft ixrac edilir. Avropaya yönələn “Drujba” neft kəmərinin fəaliyyəti də bu il davam edəcək. Avropaya neft ixracı uzunmüddətli müqavilələr əsasında aparılırdı ki, bu müqavilələrin bəziləri hələ bitməyib. Avropa Komissiyasının Rusiyaya tətbiq etdiyi 6-cı sanksiya paketinin şərtlərinə uyğun olaraq 6 ay müddətində Rusiyadan dəniz üzərindən neft tədarükünə son qoyulacaq. Gələn ilin mart və aprel aylarında Rusiyadan neft tədarükü yekunlaşacaq. Bu müddətdə Rusiya məhdud həcmdə də olsa Avropa bazarlarına neft göndərə bilər.

Rusiyanın hasilat və ixrac həcmləri Ukrayna müharibəsindən sonra 4,5- 5 milyon arasında dəyişir. Ukraynaya hərbi müdaxiləsindən əvvəl isə 7-7,5 milyon barel olub. Bu həcmlər dünya neft bazarında neft həcmlərinin qorunub saxlanılmasına xidmət edən həcmlərdir. Rusiyanın həm neft, həm də neft məhsullarının axın xəttlərinin coğrafiyası sürətlə dəyişir. Neft qiymətinə təsir edən faktorlardan biri də, budur.
 

Bu ona görə neft-qaz bazarına mənfi təsir göstərir ki, məhz bu bazarda tədarük tezliyi deyilən bir termin mövcuddur. Tədarük tezliyinin aşağı düşməsi isə neft-qaz və barel itkisi deməkdir. Rusiyanın ixrac etdiyi neft məhsullarının çatdırılma müddəti əvvəl iki həftə idisə, indi bu müddət xeyli artıb”.


Ekspertin sözlərinə görə Avropada hazırda sutkalıq neftə olan təlabat 13,5 milyon bareldir. İndi avtomobil mövsümünün başlaması ilə əlaqədar Avropada neftə böyük təlabat yaranıb ki, bu da Azərbaycanın xeyrinədir:

“Azərbaycan neftinin Avropa bazralarına həm “Ceyhan”, həm də “Auqusto” teriminalı ilə  tətbiqində “Brend” markalı neftin qiyməti hər bareldə 8,5 dollar artıb. İkinci bir səbəb Liviyadan və Nigeriyadan davamlı neft tədaarükünün olmaması, Azərbaycan neftinin dünya bazarındakı rolunu qaçılmaz edir. Liviyada və Nigeriyada limanlara ayrı-ayrı qruplar tərəfindən sanksiyalaşdırılmamış hücumlar baş verir. Ona görə də, Azərbaycan neftinə olan təlabat Avropa və Aralıq dənizi hövzəsində çox yüksəkdir”.

Açıqlamasının sonunda ekspert qarşıdakı aylarda neft təlabatında artım baş verəcəyini də proqnoz edib:

“Əgər resessiya- yəni iqtisadi kriz baş verməsə, neft qiymətləri nəinki aşğı düşəcək, ən azı indiki səviyyədə qalacaq. Bu vəziyyət 2023-cü ilin sonuna kimi  davam edəcək. Bu zaman Azərbaycan beynəlxalq ixracdan əlavə gəlirlər də, əldə edəcək”- deyə ekspert fikirlərini yekunlaşdırıb.

Leyla Şah, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qış geri qayıdır – QAR YAĞACAQ

Qış geri qayıdır – QAR YAĞACAQ

Yas mərasiminə gedərkən faciəvi şəkildə həyatlarını itirdilər... – Zərdabdakı qəzanın TƏFƏRRÜATI – VİDEO

Yas mərasiminə gedərkən faciəvi şəkildə həyatlarını itirdilər... – Zərdabdakı qəzanın TƏFƏRRÜATI – VİDEO

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verdi

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verdi

Atasıgilə qonaq getmək istəyirdi, xəstəxanalıq oldu

Atasıgilə qonaq getmək istəyirdi, xəstəxanalıq oldu

Azərbaycan təhsilində İLK – Bu universitetimiz dünya reytinqində ilk yüzlüyə DAXİL OLDU

Azərbaycan təhsilində İLK – Bu universitetimiz dünya reytinqində ilk yüzlüyə DAXİL OLDU

Hücumlar zamanı yaralanan Müctəba Xameneidən XƏBƏR VAR

Hücumlar zamanı yaralanan Müctəba Xameneidən XƏBƏR VAR

Macarıstan Ukraynaya qaz nəqlini DAYANDIRDI

Macarıstan Ukraynaya qaz nəqlini DAYANDIRDI

Salah “Liverpul”u TƏRK EDƏCƏK

Salah “Liverpul”u TƏRK EDƏCƏK

“67 yaşında necə 30 yaşındakı kimi görünmək olar?” – VİDEO

“67 yaşında necə 30 yaşındakı kimi görünmək olar?” – VİDEO

7 il cəhd etdi, 90 yaşında 1,5 milyon avro QAZANDI

7 il cəhd etdi, 90 yaşında 1,5 milyon avro QAZANDI

Bir ailənin bayram sevincinə son qoyan QƏZA – VİDEO

Bir ailənin bayram sevincinə son qoyan QƏZA – VİDEO

Aeroport yolundan istifadə edən sürücülərin NƏZƏRİNƏ

Aeroport yolundan istifadə edən sürücülərin NƏZƏRİNƏ

Zərdabdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Zərdabdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Lukaşenko Şimali Koreyada belə qarşılandı – VİDEO

Lukaşenko Şimali Koreyada belə qarşılandı – VİDEO

Bu futbolçu “Qarabağ”dan gedəcək

Bu futbolçu “Qarabağ”dan gedəcək

TƏCİLİ! Rusiya NATO ölkəsini VURDU

TƏCİLİ! Rusiya NATO ölkəsini VURDU

Beş gün ardıcıl İŞ OLMAYACAQ

Beş gün ardıcıl İŞ OLMAYACAQ

Aytən Səfərovadan ÇAĞIRIŞ: “Bu linklərə daxil olmayın!” - VİDEO

Aytən Səfərovadan ÇAĞIRIŞ: “Bu linklərə daxil olmayın!” - VİDEO

Tramp: “Biz İrana qalib gəldik” – VİDEO

Tramp: “Biz İrana qalib gəldik” – VİDEO

Millimiz bu gün Litva ilə QARŞILAŞACAQ

Millimiz bu gün Litva ilə QARŞILAŞACAQ

“Mercedes” və BMW 2030-cu ildən satışları DAYANDIRACAQ? – Məhkəmə QƏRARI

“Mercedes” və BMW 2030-cu ildən satışları DAYANDIRACAQ? – Məhkəmə QƏRARI

Əslində İranı onlar idarə edir - ADLAR

Əslində İranı onlar idarə edir - ADLAR

Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında – FOTO/VİDEO

Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında – FOTO/VİDEO

Pirotexniki vasitə 13 yaşlı yeniyetmənin əlində PARTLADI

Pirotexniki vasitə 13 yaşlı yeniyetmənin əlində PARTLADI

End of content

No more pages to load

RADİO