Rusiya iyulun 15-dən quru sərhədlərini açacaq.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
"Belarus vətəndaşları istisna olmaqla digər ölkə vətəndaşları Rusiyaya gəldikdə PCR testindən keçməlidirlər" - deyə məlumatda qeyd edilib.
Xatırladaq ki, sərhədlərin bağlanması koronavirus pandemiyası ilə bağlı idi.
Bizim.Media