Bu axşam "Yaşıl Teatr"da canlı konsert proqramı ilə çıxış edən Xalq artisti Miri Yusifi dinləməyə gələn məşhurlar sırasında aparıcı Leyla Quliyeva olub.
Bizim.Media xəbər verir ki, o, musiqili gecəyə rejissor həyat yoldaşı Abbas Quliyevlə birlikdə qatılıb.
Nadir hallarda bir yerdə görüntülənən Leyla və Abbas cütlüyü Miri Yusifin sosial şəbəkə hesabında bu günki konsertindən paylaşdığı videoçarxdakı kadrlarda yer alıb.
Rəşad Əliyev, Bizim.Media