Ermənistanda Təhlükəsizlik Şurasının təcili iclası keçirilib.
Bizim.Media "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, Baş naziri Nikol Paşinyanın sədrliyi ilə keçirilən iclasda hansı məsələlərin müzakirə edildiyi açıqlanmır.
Qeyd edək ki, iclasda Təhlükəsizlik Şurasının üzvləri ilə yanaşı, Ermənistan prezidenti Vaaqn Xaçaturyan və parlamentin sədri Alen Simonyan da iştirak ediblər.
Bizim.Media