Vyanada Ermənistan və Türkiyə xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç arasında görüş başlayıb.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN mətbuat katibi Vaan Unanyan bildirib.
Qeyd edək ki, bundan əvvəl tərəflər arasında üç dialoq baş tutub. İlk görüş Moskvada, digərləri isə Vyanada baş tutub.
Bizim.Media