Deputatların YAY MƏZUNİYYƏTİ: Fazil Mustafa futbol oynayacaq, bəs başqaları? - SORĞU

İyul ayının 15-dən etibarən Milli Məclisin deputatları tətilə çıxır. Onların tətil müddəti nizamnaməyə əsasən avqustun 30-dək davam edəcək. Deputatların məzuniyyətini harada keçirəcəyi isə əksəriyyət üçün maraqlıdır. Buna görə də, bir neçə deputatımızla kiçik sorğu apardıq. Əksəriyyəti iş çoxluğunu dilə gətirərək tətili ölkə daxilində keçirəcəyini bildirib.

Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev hələlik bir qərara gələ bilmədiyini qeyd edərək, yerli turizm xidmətlərinin bahalılığından söz açıb:

“Mənim hələlik məzuniyyətimlə bağlı heç bir qərarım yoxdur. Məzuniyyətim çox güman ki, ailəmlə rayonları gəzməklə keçəcək. Azərbaycandan kənarda hələ ki hər hansı bir plan nəzərdə tutmamışam. Gəzmək üçün də yaxşı imkan lazımdı, deməzdim ki, Azərbaycan otelləri, restoranları ucuzdur. Doğrudan da istirahət üçün xeyli pul vəsaiti tələb olunur. Bu səbəblə əksəriyyət Türkiyədə, Gürcüstanda və digər ölkələrdə daha ucuz şəkildə tətil edirlər. Amma şükür Allaha biz özümüz birtəhər yola verə bilirik”.

Deputat Elman Nəsirov isə işlərin çoxluğundan məzuniyyət planını hələ düşünə bilmədiyini deyib:

“İşlərimiz o qədər çoxdur ki, məzuniyyət haqqında fikirləşməyə də vaxt olmayıb. Amma ölkəmizin səfalı yerlərindən birində istirahət etmək istəyirəm. Beynimdən Şəki də keçir, Lerik də. 15 gün müddətində ailəlikcə istirahət etmək fikrimiz var”.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Müşfiq Məmmədli isə Türkiyəyə gedəcəyini dilə gətirib amma bu səfər məzuniyyətlə bağlı deyil:

“Mən məzuniyyətimi ölkəmizin qərb bölgəsində düşünürəm. Bir həssini burada keçirəcəyəm digər hissəsini isə Abşeron yarımadasında. Sırf həkimlik fəaliyyətimlə bağlı olaraq 1 həftəlik Türkiyəyə də səfərim olacaq”.
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisin MƏŞHUR SİMALARI – Hansı incəsənət adamları millət vəkili olub?


Millət vəkili Fazil Mustafa bu məzuniyyəti daha səmərəli keçirənlərdən olacaq, çünki:

“Yay məzuniyyətini əsasən Bakıda keçirəcəyəm. Çünki dənizqırağında qum futbolu ilə məşğul oluram. Ola bilər ki, İsmayıllı, Şamaxı və digər başqa rayonlara da gedim. Bütünlükdə çalışmalarım çoxdur, başqa yerə gedəndə vaxt itkisi çox olur deyə harasa getməyi elə də nəzərdə tutmuram. Amma ana yurdum Naxçıvana da getmək istəyirəm”.

Deputat Zahid Oruc da iş çoxluğundan yay tətilini ölkə daxilində keçirməyi düşünür:

“Sosial Tədqiqat Mərkəzi bilirsiniz ki, cəmiyyətlə işləyən bir qurumdur. Həmçinin ictimai rəyi davamlı şəkildə izləyir və öyrənirik. Bizim mütləq şəkildə, adekvat olaraq baş verən hadisələrə, prosesslərə sorğu alətləri vasitəsi ilə cəmiyyətin səsini çatdırmaq kimi vəzifəmiz var. Bu mənada işimizin çoxluğu istirahət ilə bağlı konkret vaxt təyin etmək imkanı vermir. Düşünürəm ki, avqust ayının son on günlüyündə elə ölkə daxilində, ölkənin sakit guşələrindən birində istirahət edəcəyəm”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Çox dərs oxumurdum" - 400 bal toplayan Paşa

"Çox dərs oxumurdum" - 400 bal toplayan Paşa

Azərbaycanda bu qədər qadın ALİMENT borclusudur

Azərbaycanda bu qədər qadın ALİMENT borclusudur

Atmosferi olan ekzoplanet TAPILDI: Orada həyat ola bilərmi?

Atmosferi olan ekzoplanet TAPILDI: Orada həyat ola bilərmi?

Dünya çempionu ABŞ-yə buraxılmır - Trampdan kömək istədi

Dünya çempionu ABŞ-yə buraxılmır - Trampdan kömək istədi

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO

Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı

Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - AYNA səbəbini AÇIQLADI - VİDEO

Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - AYNA səbəbini AÇIQLADI - VİDEO

Albalı tumlarını çıxarmağın ən praktik yolu

Albalı tumlarını çıxarmağın ən praktik yolu

Astronavtların orqanizmi niyə zəifləyir? - Alimlər səbəbi AÇIQLADI - FOTO

Astronavtların orqanizmi niyə zəifləyir? - Alimlər səbəbi AÇIQLADI - FOTO

Mahsun Kırmızıgül: “Kaş əllərin qırılaydı, Haluk!" – FOTO

Mahsun Kırmızıgül: “Kaş əllərin qırılaydı, Haluk!" – FOTO

Düyü idxalında KƏSKİN AZALMA – Nə baş verir?

Düyü idxalında KƏSKİN AZALMA – Nə baş verir?

Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı

Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı

Qızıl 4 000 dollara ticarət olunur

Qızıl 4 000 dollara ticarət olunur

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi

Azərbaycanın 6 ayda neft ixrac etdiyi TOP-10 ölkə - SİYAHI

Azərbaycanın 6 ayda neft ixrac etdiyi TOP-10 ölkə - SİYAHI

Rusiyanın Novosibirsk vilayətində güclü ZƏLZƏLƏ oldu

Rusiyanın Novosibirsk vilayətində güclü ZƏLZƏLƏ oldu

Allahşükür Paşazadə: “Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün dualar etməliyik”

Allahşükür Paşazadə: “Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün dualar etməliyik”

Toyda qonaqlara "Chanel", "Cartier" hədiyyə olundu

Toyda qonaqlara "Chanel", "Cartier" hədiyyə olundu

Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Məğlubiyyətdə birləşib, qələbəni bölüşə bilməyənlərin DRAMI

Məğlubiyyətdə birləşib, qələbəni bölüşə bilməyənlərin DRAMI

İmtahanda ölkənin ən yüksək balları Sumqayıtdan gəldi - FOTO

İmtahanda ölkənin ən yüksək balları Sumqayıtdan gəldi - FOTO

Smartfon istifadəçilərinə xəbərdarlıq

Smartfon istifadəçilərinə xəbərdarlıq

Bakıda itkin düşən azyaşlı bacı-qardaş tapıldı - YENİLƏNİB

Bakıda itkin düşən azyaşlı bacı-qardaş tapıldı - YENİLƏNİB

End of content

No more pages to load

RADİO