“Ermənistan parlamentinin vitse-spikeri İşxan Saqatelyan və İqtisadi məsələlər üzrə komitənin sədri Vaqe Akopyan “Vətəndaş Müqaviləsi” Partiyasının parlamentdə keçirdiyi gizli səsvermə yolu ilə vəzifələrindən azad olunub”.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Hesablama komissiyasının sədri Narek Babayan məlumat verib.
Bildirilib ki, hər iki deputat vəzifələrini itirsələr də, deputat mandatları saxlanılıb.
Bizim.Media