Səhl ibn Sunbat Babəki neçəyə satıb? – Xəyanətkarın ACI SONLUĞU

Babək Xürrəminin xəyanət yolu ilə Xilafət sərkərdəsi Aqşinə təhfil verilməsini çox eşitmişik. Mənbələrə görə Sisian (Qarakilsə) knyazı, Şəki qalasının sahibi Səhl ibn Sunbat onu müəyyən öhdəliklər müqabilində ərəblərə satıb. Bu barədə müxtəlif versiyalar səslənib, yazılıb. 

Bizim.Media şərq tarixçisi Vazeh ibn Yaqubiyə istinadən yeni bir versiyanı təqdim edir.
Səhl ibn Sunbat öz dostunu niyə satdı?

Xilafət orduları hələ 816-cı ildə Azərbaycan ərazisindən qovulmuşdu. Mənbələrdə göstərilir ki, əslən alban olan Səhl ibn Sunbat xilafət ordularına qarşı mübarizədə hər zaman Babəkin yanında olub. 
Lakin, Xürrəmilərin zəifləməsini və ərəblərin artan təzyiqini görən Alban çarı separat danışığa gedib.

O, Babəkin təhfil verilməsi müqabilində təkcə Alban ərazilərinə deyil, həm də Ərmən torpaqlarına nəzarəti ələ keçirtmək istəyirdi. Məhz bu və digər qənaətlərinə görə Sunbat uzun illik dostunu ərəblərə verməyə qərara alır. 837-ci ildə Alban çarı ova çıxmaq bəhanəsi ilə Babəki sakit və yiyəsiz bir əraziyə aparır və orada onu Aqşinin adamlarına təhfil verir. 

Yaqubi yazır ki, “Sunbat bilirdi ki, Babək əvvəl -axır təslim olacaq. Çünki, Xürrəmilər uzun sürən mübarizədən yorulmuşdu. Hətta bir qism xürrəmi Bizans imperiyasına sığınmışdı. Yaranmış vəziyyətdən qazanclı çıxmaq istəyən Sunbat həm də ərəb işğalını durdurmaq istəyirdi.

Beləcə, Babəki satmaq hesabına Sunbat nəinki, öz torpaqlarını istiladan qorudu, eyni zamanda Van gölünün şimalındakı Ərmən və İberiya məliki təyin olundu.

Bununla belə Babəki satdığına görə Alban çarı ərəblərdən vəd olunan sərvəti və əraziləri ala bilmədi. Aqşin ona 2 milyon qızıl dirhəm vəd etsə də yalnız 2 milyon dirhəm gümüş verir. Bundan əlavə Albaniya və Ərmən üzərinə mütləq nəzarəti də ona vermirlər. Amma Aran, Zəngəzur, Şəki və Amaras bölgəsinin nəzarəti Səhlə kerçir. Üstəlik, ərəb xəlifəsi tərəfindən ona xristianlıqda yüksək titul sayılan patriklik və tac hədiyyə edilir. Bundan başqa Babəkin qardaşı Abdullanın təhfil verilməsi müqabilində Səhl daha yüz min gümüş dirhəm qabağa düşür.

Bununla belə Səhl ibn Sunbat ona vəd olunduğu əraziləri və sərvəti almadığı üçün narazılığını bildirir.

Bu narazılıq müqabilində xəlifə ordusu onun üzərinə yeriyir. Lakin, Səhl onun üzərinə gələn ərəb qoşunlarını məğlub edir. Bundan sonra sülh razılaşması olur. Bu razılaşmaya əsasən Sunbadt 854-cü ilə qədər bu ərazilərdə hökmranlıq edir.
Xəyanətkar Səhl ibn Sunbatın faciəli sonu

Səhl ibn Sunbat Babəkin edamından sonra aldadıldığını başa düşür. Və bu xəyanətə görə nəinki xürrəmilər, eləcə də öz tərəfdarlarının müəyyən hissəsi ondan üz döndərir. Mənbələrdə göstərilir ki, 854-cü ildə Səhl ibn Sunbat ona yaxın bir neçə alban feodalı ilə xilafətin paytaxtı Samirə şəhərinə dəvət olunur.

Ancaq bu dəvət Səhlin son səfəri olur. Samirə şəhərində Sunbat müəmmalı şəkildə yoxa çıxır. Çox sonralar məlum olur ki, Səhl ibn Sunbat ərəblər tərəfindən saraydaca qətlə yetirilib. Beləcə, Alban çarı Babəkə etdiyi xəyanətin aqibətini çox acı və dəhşətli şəkildə yaşamalı olur. 

Surxay Atakişiyev, Bizim.Media



Babəkin portreti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Çox dərs oxumurdum" - 400 bal toplayan Paşa

"Çox dərs oxumurdum" - 400 bal toplayan Paşa

Azərbaycanda bu qədər qadın ALİMENT borclusudur

Azərbaycanda bu qədər qadın ALİMENT borclusudur

Atmosferi olan ekzoplanet TAPILDI: Orada həyat ola bilərmi?

Atmosferi olan ekzoplanet TAPILDI: Orada həyat ola bilərmi?

Dünya çempionu ABŞ-yə buraxılmır - Trampdan kömək istədi

Dünya çempionu ABŞ-yə buraxılmır - Trampdan kömək istədi

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO

Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı

Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - AYNA səbəbini AÇIQLADI - VİDEO

Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - AYNA səbəbini AÇIQLADI - VİDEO

Albalı tumlarını çıxarmağın ən praktik yolu

Albalı tumlarını çıxarmağın ən praktik yolu

Astronavtların orqanizmi niyə zəifləyir? - Alimlər səbəbi AÇIQLADI - FOTO

Astronavtların orqanizmi niyə zəifləyir? - Alimlər səbəbi AÇIQLADI - FOTO

Mahsun Kırmızıgül: “Kaş əllərin qırılaydı, Haluk!" – FOTO

Mahsun Kırmızıgül: “Kaş əllərin qırılaydı, Haluk!" – FOTO

Düyü idxalında KƏSKİN AZALMA – Nə baş verir?

Düyü idxalında KƏSKİN AZALMA – Nə baş verir?

Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı

Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı

Qızıl 4 000 dollara ticarət olunur

Qızıl 4 000 dollara ticarət olunur

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi

Azərbaycanın 6 ayda neft ixrac etdiyi TOP-10 ölkə - SİYAHI

Azərbaycanın 6 ayda neft ixrac etdiyi TOP-10 ölkə - SİYAHI

Rusiyanın Novosibirsk vilayətində güclü ZƏLZƏLƏ oldu

Rusiyanın Novosibirsk vilayətində güclü ZƏLZƏLƏ oldu

Allahşükür Paşazadə: “Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün dualar etməliyik”

Allahşükür Paşazadə: “Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün dualar etməliyik”

Toyda qonaqlara "Chanel", "Cartier" hədiyyə olundu

Toyda qonaqlara "Chanel", "Cartier" hədiyyə olundu

Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Məğlubiyyətdə birləşib, qələbəni bölüşə bilməyənlərin DRAMI

Məğlubiyyətdə birləşib, qələbəni bölüşə bilməyənlərin DRAMI

İmtahanda ölkənin ən yüksək balları Sumqayıtdan gəldi - FOTO

İmtahanda ölkənin ən yüksək balları Sumqayıtdan gəldi - FOTO

Smartfon istifadəçilərinə xəbərdarlıq

Smartfon istifadəçilərinə xəbərdarlıq

Bakıda itkin düşən azyaşlı bacı-qardaş tapıldı - YENİLƏNİB

Bakıda itkin düşən azyaşlı bacı-qardaş tapıldı - YENİLƏNİB

End of content

No more pages to load

RADİO