Yay aylarında siyasi partiyalar nə işlə məşğul olacaq? – Gündəm DƏYİŞİR  

Yay ayları adətən siyasi sferada durğunluq dövrü kimi xarakterizə olunur. Lakin daxili arenada partiyaların aktiv fəaliyyəti bu dövrdə də davam edir. Xüsusilə də, daha üzdə olan siyasi təşkilatlar üzvlərinin sayının artırılması, təşkilatlanma səviyyəsinin yüksəldilməsi üçün maksimum şəkildə səylərini davam etdirirlər.

Bizim.Media siyasi partiyaların yay ayları üçün əsas fəaliyyət planlarını onların özlərindən öyrənib.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev qeyd edib ki, yay ayları bütün dünyada siyasətin sönük dövrü hesab olunur:
 

MÖVZU İLƏ BAĞLI:

58 partiyadan 38-nin yeri-yurdu bilinmir – Gizli fəaliyyətin SƏBƏBİ NƏDİR? 


“Bu mövsümdə, adətən, payıza hazırlıqlar gedir. Lakin digər partiyalar kimi biz də yayda bütün gücümüzlə fəaliyyət göstərmirik. Buna rəğmən ölkəmizi düşündürən məsələlərlə bağlı mövqeyimiz həmişə ortada olub. Mətbuatla da əlaqələrimiz davam edir. Eyni zamanda payızda daha aktiv fəaliyyət yürütmək məqsədilə rayon şöbələrimizin toparlanması üçün işlər görülür.

Bundan əlavə bir sıra tədbirlərə də hazırlıqlar gedir. Türk dünyası ilə bağlı tədbir nəzərdə tutulub, eləcə də Türkiyədə fəaliyyət göstərən bir sıra partiyalarla da birgə tədbirimiz planlaşdırılır. 

Həmçinin ölkədə referendum və parlamentdə boş qalan yerlərə seçkilərin keçirilməsi ilə bağlı da iddialar var idi. Əgər bu məsələlər gündəmə gələrsə, dərhal toparlanıb, hazırlıqlar görməyi planlaşdırıq. Hətta bununla bağlı boş qalmış 7 dairə üzrə rayon təşkilatlarımız xüsusi hazırlıqlar görürlər”.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə isə partiyanın yaradılmasının 30 illiyi ilə bağlı silsilə tədbirlərin keçiriləcəyini bildirib:

“İyulun 4-də Azərbaycanın ilk siyasi partiyası hesab olunan, təşkilatımızın 30 illiyi qeyd olunacaq. Bu münasibətlə tədbirlərlə bağlı hazırlıq görülür. Son bir aylıq fəaliyyətimiz, əsasən, buna köklənib. Sonrakı dövrdə isə ənənəvi olaraq, siyasi proseslərin bir qədər səngidiyi dövr kimi xarakterizə olunur. Amma seçki ili olduğu vaxtda yayda fəaliyyət daha da güclənir.

Lakin biz seçki hazırlıqlarımızı heç vaxt dayandırmırıq. Rayonlara səfərlərimiz planlaşdırılır.

Qarşıda seçki və referundum keçirilərsə, yerlərdə tədbirlərə köklənmişik. Eləcə də, partiyanın gələcək fəaliyyət planı ilə bağlı rayon təşkilatlarıyla əyani görüşlərimiz baş tutacaq.

Təəssüflər olsun ki, son 2 il ərzində pandemiya səbəbindən daha çox onlayn qaydada görüşlər təşkil olunurdu. Və birmənalı olaraq seçkilərlə bağlı məsələlər, eləcə də ölkənin ictimai-siyasi həyatında baş verənlər görüşlərdə əsas müzakirə predmetini təşkil edəcək”.
Ağ Partiya sədri Tural Abbaslı da seçkilərin olmadığı dönəmin siyasi partiyalar üçün sakit dövr olduğu qənaətindədir:

“Belə dövrlərdə partiyalar, adətən, daxili strukturlaşma, yeni üzvlərin cəlb olunması, təbliğat işlərinin aparılması kimi fəaliyyətlərə daha çox diqqət ayırırlar. Yay ayları olmasına baxmayaraq, hər həftə partiyamızın idarə heyətinin iclasları keçirilir və yeni üzvlər qəbul olunur.

Rəqabət üçün demirəm, lakin Azərbaycanda yeganə siyasi partiyayıq ki, hər həftə orta hesabla 50 nəfərdən çox üzv qəbul olunur. Bu üzvlərin yerləşirdirilməsi, rayonlar üzrə bölgüsü, rayon təşkilatlarının formalaşdırılması və onların işinin təşkili kimi bir çox texniki işlər var ki, onlara hədəflənmişik. 
Eyni zamanda payızda seçkilərin keçirilməsi iddiaları var ki, Ağ partiya iddialı partiya kimi buna köklənib. Bütün partiyalar kimi, bizim də yaranma hədəfimiz iqtidarda olmaqdır. Amma zamanına və yerinə görə addımlarımızı atacağıq”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Çox dərs oxumurdum" - 400 bal toplayan Paşa

"Çox dərs oxumurdum" - 400 bal toplayan Paşa

Azərbaycanda bu qədər qadın ALİMENT borclusudur

Azərbaycanda bu qədər qadın ALİMENT borclusudur

Atmosferi olan ekzoplanet TAPILDI: Orada həyat ola bilərmi?

Atmosferi olan ekzoplanet TAPILDI: Orada həyat ola bilərmi?

Dünya çempionu ABŞ-yə buraxılmır - Trampdan kömək istədi

Dünya çempionu ABŞ-yə buraxılmır - Trampdan kömək istədi

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO

Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı

Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - AYNA səbəbini AÇIQLADI - VİDEO

Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - AYNA səbəbini AÇIQLADI - VİDEO

Albalı tumlarını çıxarmağın ən praktik yolu

Albalı tumlarını çıxarmağın ən praktik yolu

Astronavtların orqanizmi niyə zəifləyir? - Alimlər səbəbi AÇIQLADI - FOTO

Astronavtların orqanizmi niyə zəifləyir? - Alimlər səbəbi AÇIQLADI - FOTO

Mahsun Kırmızıgül: “Kaş əllərin qırılaydı, Haluk!" – FOTO

Mahsun Kırmızıgül: “Kaş əllərin qırılaydı, Haluk!" – FOTO

Düyü idxalında KƏSKİN AZALMA – Nə baş verir?

Düyü idxalında KƏSKİN AZALMA – Nə baş verir?

Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı

Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı

Qızıl 4 000 dollara ticarət olunur

Qızıl 4 000 dollara ticarət olunur

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi

Azərbaycanın 6 ayda neft ixrac etdiyi TOP-10 ölkə - SİYAHI

Azərbaycanın 6 ayda neft ixrac etdiyi TOP-10 ölkə - SİYAHI

Rusiyanın Novosibirsk vilayətində güclü ZƏLZƏLƏ oldu

Rusiyanın Novosibirsk vilayətində güclü ZƏLZƏLƏ oldu

Allahşükür Paşazadə: “Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün dualar etməliyik”

Allahşükür Paşazadə: “Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün dualar etməliyik”

Toyda qonaqlara "Chanel", "Cartier" hədiyyə olundu

Toyda qonaqlara "Chanel", "Cartier" hədiyyə olundu

Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Məğlubiyyətdə birləşib, qələbəni bölüşə bilməyənlərin DRAMI

Məğlubiyyətdə birləşib, qələbəni bölüşə bilməyənlərin DRAMI

İmtahanda ölkənin ən yüksək balları Sumqayıtdan gəldi - FOTO

İmtahanda ölkənin ən yüksək balları Sumqayıtdan gəldi - FOTO

Smartfon istifadəçilərinə xəbərdarlıq

Smartfon istifadəçilərinə xəbərdarlıq

Bakıda itkin düşən azyaşlı bacı-qardaş tapıldı - YENİLƏNİB

Bakıda itkin düşən azyaşlı bacı-qardaş tapıldı - YENİLƏNİB

End of content

No more pages to load

RADİO