Vladimir Putinlə İlham Əliyevin təkbətək görüşü baş tutub - YENİLƏNİB - VİDEO

Bu gün -yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında  keçirilən üçtərəfli  görüşdən sonra İlham Əliyev və Vladimir Putinin təkbətək görüşü olub.

Bizim.Media ikitərəfli görüşün tam mətnini təqdim edir:

Prezident İlham Əliyevi salamlayan Prezident Vladimir Putin dedi:

-Hörmətli İlham Heydər oğlu, Sizi Moskvada bir daha salamlayıram. Təklifimi qəbul etdiyinizə, Rusiyanın paytaxtına gəldiyinizə görə Sizə bir daha təşəkkür etmək istəyirəm.

Təbii ki, ötən ilin ən mühüm hadisəsi Dağlıq Qarabağda vəziyyətin ağır keçməsi olub. Lakin mən məmnun olduğumu bildirmək istəyirəm ki, biz hər halda döyüş əməliyyatlarına, qan tökülməsinə son qoya bildik. Bugünkü işin nəticələri barədə indicə dediyimiz kimi, sülhməramlı missiya öz funksiyasını yerinə yetirir və bütövlükdə vəziyyət tədricən normallaşır. Bu gün bizim imzaladığımız birgə Bəyanatın əsasını uzunmüddətli perspektivdə vəziyyətin nizamlanması istəyinin təşkil etməsi isə, fikrimcə, çox vacibdir.

Lakin Dağlıq Qarabağ nizamlanması ilə bağlı hadisələrin kontekstindən əlavə, bizdə ikitərəfli gündəlik də mövcuddur və bununla əlaqədar, bizim Böyük Vətən müharibəsində Qələbənin 75 illiyini qeyd etməyimizlə bağlı işi bir daha vurğulamaq və təşəkkürümü bildirmək istərdim. Bu, bütün ölkələrimiz üçün, postsovet məkanındakı bütün ölkələr üçün çox əlamətdar hadisə idi. Ona görə ki, biz hamımız o vaxtkı ümumi vətənimizin azadlığı, müstəqilliyi uğrunda mübarizədə iştirak edirdik.

Bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir. Bu, ilk növbədə, əlaqələrin iqtisadi tərkib hissəsinə aiddir. Bizim birgə işimizin əksər istiqamətləri, o cümlədən iqtisadiyyat istiqaməti üzrə üst-üstə düşən maraqlarımız çoxdur. Mən çox ümid edirəm ki, bütövlükdə Cənubi Qafqazda vəziyyətin nizamlanması üzrə iş, şübhəsiz, indicə dediyim kimi, bizim ikitərəfli münasibətlərin də xeyrinə olacaq. Mən onu əsas götürürəm ki, bu nizamlama bizim həm iqtisadiyyatda, həm də humanitar sahədə daha sıx, daha sistemli münasibətlər qurmağımıza imkan verəcək.

Bu gün Moskvada olmağınıza görə Sizə bir daha təşəkkür etmək istəyirəm.

***

Prezident İlham Əliyev dedi:

-Sağ olun, hörmətli Vladimir Vladimiroviç.

Rusiya paytaxtında olmaq mənə həmişə xoşdur. Dəvətə, həmçinin üçtərəfli görüşün keçirilməsi təşəbbüsünə görə Sizə bir daha təşəkkürümü bildirmək istərdim. Görüş çox faydalı və hesab edirəm ki, səmərəli oldu. Ona görə ki, görüşün yekunlarına əsasən biz Bəyanat imzaladıq. Bu, müharibə qurtarandan iki ay sonra imzalanmış və mahiyyət etibarilə keçən il baş verənlərə yekun vuran ikinci Bəyanatdır.

Bu Bəyanat bizim regionda tamamilə yeni vəziyyət yaranmasına – nəqliyyat kommunikasiyalarının bərpasına yönəlib. Bizim üçün bu, böyük əhəmiyyət kəsb edir, çünki beləliklə, 30 ildən artıq müddətdən sonra Azərbaycan Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyaları vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə əlaqə imkanına, Ermənistan da Azərbaycan ərazisindən keçməklə Rusiyaya, İrana dəmir yolu çıxışı imkanına malik olacaq.

Biz, həmçinin Naxçıvan Muxtar Respublikası ərazisindən keçməklə Türkiyə bazarına çıxış əldə edəcəyik, Türkiyənin və Rusiyanın dəmir yolu arteriyaları birləşəcək. Yəni, bu Bəyanat çox böyük perspektivlər açır və əminəm ki, bizim bu gün yaratdığımız İşçi qrupu səmərəli işləyəcək, layihələrin reallaşdırılması barədə bizə vaxtaşırı məruzə edəcəkdir. Orada bir deyil, bir neçə layihə var. Əminəm ki, onlar hamısı reallaşacaq.

Hərbi əməliyyatların dayandırılmasında və 9 noyabr tarixli Bəyanatın imzalanmasında şəxsən iştirakınıza görə Sizə bir daha təşəkkürümü bildirmək istərdim. Hesab edirəm ki, Siz Rusiyanın lideri, həm Ermənistanın, həm də Azərbaycanın qonşusu kimi iradə, qətiyyət, müdriklik nümayiş etdirdiniz. Sizin təşəbbüsünüzlə baş tutmuş bugünkü görüş bir daha bu məsələyə necə böyük diqqət yetirməyinizə dəlalət edir.

Təbii ki, bu, bizi çox sevindirir, çünki bütün regionda vəziyyətin müsbət inkişaf dinamikası çox cəhətdən Ermənistan ilə Azərbaycan arasında artıq tarixdə qalmış münaqişənin nizamlanmasından asılı olacaq. Tamamilə yeni, əvvəllər bəlkə də hətta təsəvvür edə bilməyəcəyimiz perspektivlər açılır.

İkitərəfli münasibətlərə gəldikdə isə, ötən ilin pandemiya ilə əlaqədar ağır keçəsinə baxmayaraq, hər halda bizdə əmtəə dövriyyəsinin azalması o qədər də çox olmayıb. Əminəm ki, bu il biz bütün bunları kompensasiya edəcəyik. Gündəlikdə, o cümlədən iqtisadi sahədə çox geniş məsələlər durur. Siyasi sahədə Azərbaycan və Rusiya artıq çoxdandır ki, strateji tərəfdaşlardır.

Müharibənin dayandırılmasında, habelə sülhməramlı missiyada Rusiyanın fəal iştirakı məhz ona dəlalət edir ki, bu uzunmüddətli strateji tərəfdaşlıq münasibətlərinin çox yaxşı dinamikası var.

Siz ölkələrimiz arasında humanitar əməkdaşlığı qeyd etdiniz. Bu əməkdaşlıq həmişə yüksək səmimiyyəti, səmərəliliyi və konkret nəticəyə yönəlməsi ilə fərqlənib. Bütün başqa sahələrdə də biz həm bu il, həm də sonrakı illərdə çox səmərəli əməkdaşlıq etmək əzmindəyik. Ermənistan ilə Azərbaycan arasındakı vəziyyət uzun illər boyu yaranıb və nəticə etibarilə həll edilib.

Mən əminəm ki, erməni tərəfi 9 noyabr tarixli Bəyanatı təftiş etmək üçün heç bir cəhd göstərməyəcək, hər iki xalq gələcək barədə və barışıq haqqında fikirləşmək üçün özündə iradə və müdriklik tapacaq.

Dəvətə görə və bu təşəbbüsünüzə görə bir daha sağ olun.

Vladimir Putin: Sizə təşəkkür edirəm.

Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Rəsmi məktub yazıblar ki, ölkədə şiddəti təbliğ edirəm"

"Rəsmi məktub yazıblar ki, ölkədə şiddəti təbliğ edirəm"

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar QƏBUL EDİLDİ

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar QƏBUL EDİLDİ

UEFA-dan "Fənərbağça"ya QADAĞA

UEFA-dan "Fənərbağça"ya QADAĞA

Şəkər əvəzinə bal yesək nə baş verər?

Şəkər əvəzinə bal yesək nə baş verər?

Əminə səfirin övladının toyunda səhnə aldı - VİDEO

Əminə səfirin övladının toyunda səhnə aldı - VİDEO

Şəhriyar Məmmədyarov FİNALDA

Şəhriyar Məmmədyarov FİNALDA

Bəzi ərazilərdə İŞIQ KƏSİLƏCƏK

Bəzi ərazilərdə İŞIQ KƏSİLƏCƏK

“Gəlinim dedi ki, bundan sonra biznesdə uç” - VİDEO

“Gəlinim dedi ki, bundan sonra biznesdə uç” - VİDEO

Tramp: “BMT münaqişələrin həllində əvvəlkindən daha çox iştirak etməlidir”

Tramp: “BMT münaqişələrin həllində əvvəlkindən daha çox iştirak etməlidir”

Tum çırtlayaraq işçilərə əziyyət edənlər işdən çıxarıldı - VİDEO

Tum çırtlayaraq işçilərə əziyyət edənlər işdən çıxarıldı - VİDEO

Leyla Əliyeva Albaniyaya səfəri ilə bağlı paylaşım etdi - VİDEO

Leyla Əliyeva Albaniyaya səfəri ilə bağlı paylaşım etdi - VİDEO

“Beşiktaş” 30 milyonluq təklifi QƏBUL ETMƏDİ

“Beşiktaş” 30 milyonluq təklifi QƏBUL ETMƏDİ

Prezidentin sosial media hesablarında Sülh Şurasının ilk iclası ilə bağlı paylaşım edildi - FOTO

Prezidentin sosial media hesablarında Sülh Şurasının ilk iclası ilə bağlı paylaşım edildi - FOTO

Vaşinqtonda TƏXRİBATA CƏHD: Prezidentin təhlükəsizlik xidmətinin əməkdaşları qarşısını aldılar - VİDEO

Vaşinqtonda TƏXRİBATA CƏHD: Prezidentin təhlükəsizlik xidmətinin əməkdaşları qarşısını aldılar - VİDEO

Bakı sakininin Almaniyada işə düzəltmək adı ilə 20 min manatı mənimsənilib - VİDEO

Bakı sakininin Almaniyada işə düzəltmək adı ilə 20 min manatı mənimsənilib - VİDEO

“Arsenal” Bukayo Saka ilə müqaviləni UZATDI

“Arsenal” Bukayo Saka ilə müqaviləni UZATDI

Sabiq vəzifəli şəxslərin həbs müddətinin uzadılması İSTƏNİLDİ

Sabiq vəzifəli şəxslərin həbs müddətinin uzadılması İSTƏNİLDİ

Tramp: “İranla razılaşma əldə edib-etməyəcəyimizi 10 gün ərzində öyrənəcəksiniz”

Tramp: “İranla razılaşma əldə edib-etməyəcəyimizi 10 gün ərzində öyrənəcəksiniz”

Saxta kampaniyalarla bağlı vətəndaşlara XƏBƏRDARLIQ

Saxta kampaniyalarla bağlı vətəndaşlara XƏBƏRDARLIQ

“Borussiya” Braziliya millisinin üzvünü TRANSFER ETDİ

“Borussiya” Braziliya millisinin üzvünü TRANSFER ETDİ

Hikmət Hacıyev: “7 milyard dollar Qəzzaya maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur”

Hikmət Hacıyev: “7 milyard dollar Qəzzaya maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur”

“Belə hal təkrarlansa, hüquqi addım atacağıq”

“Belə hal təkrarlansa, hüquqi addım atacağıq”

Tramp Sülh Şurasının ilk iclasında Azərbaycan - Ermənistan arasındakı sülhdən DANIŞDI

Tramp Sülh Şurasının ilk iclasında Azərbaycan - Ermənistan arasındakı sülhdən DANIŞDI

Gəncədə Vətən müharibəsi qazisi xəstəxanalıq oldu

Gəncədə Vətən müharibəsi qazisi xəstəxanalıq oldu

End of content

No more pages to load

RADİO