İlham Əliyev Qurbanqulu Berdiməhəmmədov ilə görüşdü - FOTO/VİDEO - YENİLƏNİB

İyunun 29-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.

Bizim.Media xəbər verir ki, Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısına dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Qurbanqulu Berdiməhəmmədov 2002-ci ildə Aşqabadda keçirilmiş birinci sammitdə ulu öndər Heydər Əliyevin də iştirak etdiyini dərin ehtiramla yad etdi.

Xəzər dənizinin mehriban qonşuluq və sülh dənizi olduğunu qeyd edən Qurbanqulu Berdiməhəmmədov bu görüşün ümumi mənafelərimiz naminə Xəzərdə əməkdaşlığa yaxşı təkan verəcəyinə əminliyini bildirdi.
Bakı sammitində mühüm məsələlərin müzakirə olunduğunu xatırladan Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın qəbul olunmasının əhəmiyyətini vurğuladı.

Bu il Azərbaycan ilə Türkmənistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini deyən Qurbanqulu Berdiməhəmmədov ötən illər ərzində siyasi, iqtisadi-ticari və mədəni-humanitar sahələrdə böyük işlərin görüldüyünü vurğuladı.

Türkmənistanın neytral statusunu daim dəstəklədiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Qurbanqulu Berdiməhəmmədov ölkəsinin Azərbaycan Prezidentinin beynəlxalq arenada qarşılıqlı hörmətə və etimada əsaslanan təşəbbüslərinə verdiyi daimi dəstəyi qeyd etdi.

Qurbanqulu Berdiməhəmmədov dövlətlərimizin birgə təşəbbüsləri ilə logistika və nəqliyyat-tranzit dəhlizlərinin qurulmasının önəmini, iqtisadi əlaqələrimizin bundan sonra da inkişaf etdiriləcəyini vurğuladı.

Türkmənistanın Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qəbul edilməsinə və fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirən Qurbanqulu Berdiməhəmmədov parlamentlərarası əlaqələrin də uğurla inkişaf etdiyini, ölkəsinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransına geniş nümayəndə heyəti ilə qatıldığını dedi.

x x x

Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovu yubileyi münasibətilə təbrik etdi, qardaş Türkmənistanın inkişafı naminə bundan sonrakı fəaliyyətində də ona uğurlar arzuladı.

Dövlətimizin başçısı Qurbanqulu Berdiməhəmmədovun rəhbərliyi illərində Türkmənistanın neytrallıq statusunu möhkəmləndirməklə yanaşı, müstəqil xarici siyasət yürüdərək beynəlxalq arenada nüfuz qazandığını, sürətlə inkişaf etdiyini, paytaxt Aşqabadın ildən-ilə gözəlləşdiyini bildirdi.

Ortaq söykökünə malik qardaş ölkəyə yenidən səfər etməkdən məmnunluğunu vurğulayan dövlətimizin başçısı Türkmənistanın yeni Prezidenti Sərdar Berdiməhəmmədovun da ölkəni inkişaf və tərəqqi yolu ilə aparacağına əminliyini ifadə etdi.
İkitərəfli münasibətlərə toxunan Prezident İlham Əliyev ölkələrimizin qarşılıqlı dəstəyini vurğuladı.

Azərbaycan Prezidenti həm ikitərəfli, həm də çoxtərəfli formatda ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd etdi, əsas məqsədin əməkdaşlığı dərinləşdirmək, qarşılıqlı siyasi fəaliyyəti daha da möhkəmləndirmək, mədəni əlaqələrin potensialını tam üzə çıxarmaq olduğunu dedi.

Xəzər dənizindən keçməklə Türkmənistanla Azərbaycan arasında yük axınının artdığını vurğulayan Prezident İlham Əliyev bildirdi ki, bu, həm ölkələrimizin, həm də qonşularımızın mənafelərinə uyğundur.

Bu gün Xəzərdən keçən nəqliyyat marşrutu xüsusi əhəmiyyət kəsb edir. Həm Türkmənistanda, həm də Azərbaycanda müasir dəniz limanları inşa edilib, dəmir yolu infrastrukturuna böyük sərmayə qoyulub.

Zirvə Toplantısının əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev ilk sammitin də 20 il əvvəl Türkmənistanın təşəbbüsü ilə keçirildiyini xatırlatdı.

Azərbaycan Prezidenti əmin olduğunu bildirdi ki, VI Zirvə Toplantısında qəbul ediləcək qərarlar Xəzərin potensialını tam reallaşdırmağa, onu sülh, təhlükəsizlik, əməkdaşlıq və ekoloji cəhətdən təmiz zona kimi qoruyub saxlamağa imkan verəcək.
***

İyunun 29-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub. 

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Çox dərs oxumurdum" - 400 bal toplayan Paşa

"Çox dərs oxumurdum" - 400 bal toplayan Paşa

Azərbaycanda bu qədər qadın ALİMENT borclusudur

Azərbaycanda bu qədər qadın ALİMENT borclusudur

Atmosferi olan ekzoplanet TAPILDI: Orada həyat ola bilərmi?

Atmosferi olan ekzoplanet TAPILDI: Orada həyat ola bilərmi?

Dünya çempionu ABŞ-yə buraxılmır - Trampdan kömək istədi

Dünya çempionu ABŞ-yə buraxılmır - Trampdan kömək istədi

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO

Leyla Əliyeva Budapeştdə sərgidə iştirak etdi – FOTO

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı

Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - AYNA səbəbini AÇIQLADI - VİDEO

Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - AYNA səbəbini AÇIQLADI - VİDEO

Albalı tumlarını çıxarmağın ən praktik yolu

Albalı tumlarını çıxarmağın ən praktik yolu

Astronavtların orqanizmi niyə zəifləyir? - Alimlər səbəbi AÇIQLADI - FOTO

Astronavtların orqanizmi niyə zəifləyir? - Alimlər səbəbi AÇIQLADI - FOTO

Mahsun Kırmızıgül: “Kaş əllərin qırılaydı, Haluk!" – FOTO

Mahsun Kırmızıgül: “Kaş əllərin qırılaydı, Haluk!" – FOTO

Düyü idxalında KƏSKİN AZALMA – Nə baş verir?

Düyü idxalında KƏSKİN AZALMA – Nə baş verir?

Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı

Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı

Qızıl 4 000 dollara ticarət olunur

Qızıl 4 000 dollara ticarət olunur

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi

Azərbaycanın 6 ayda neft ixrac etdiyi TOP-10 ölkə - SİYAHI

Azərbaycanın 6 ayda neft ixrac etdiyi TOP-10 ölkə - SİYAHI

Rusiyanın Novosibirsk vilayətində güclü ZƏLZƏLƏ oldu

Rusiyanın Novosibirsk vilayətində güclü ZƏLZƏLƏ oldu

Allahşükür Paşazadə: “Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün dualar etməliyik”

Allahşükür Paşazadə: “Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün dualar etməliyik”

Toyda qonaqlara "Chanel", "Cartier" hədiyyə olundu

Toyda qonaqlara "Chanel", "Cartier" hədiyyə olundu

Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Məğlubiyyətdə birləşib, qələbəni bölüşə bilməyənlərin DRAMI

Məğlubiyyətdə birləşib, qələbəni bölüşə bilməyənlərin DRAMI

İmtahanda ölkənin ən yüksək balları Sumqayıtdan gəldi - FOTO

İmtahanda ölkənin ən yüksək balları Sumqayıtdan gəldi - FOTO

Smartfon istifadəçilərinə xəbərdarlıq

Smartfon istifadəçilərinə xəbərdarlıq

Bakıda itkin düşən azyaşlı bacı-qardaş tapıldı - YENİLƏNİB

Bakıda itkin düşən azyaşlı bacı-qardaş tapıldı - YENİLƏNİB

End of content

No more pages to load

RADİO