“Rezanın daxili Odisseyası” adlı fotosərgi açıldı - FOTO

Azərbaycan və Fransa arasında diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümü münasibətilə Heydər Əliyev Mərkəzində tanınmış fotoqraf Reza Diqqətinin "Rezanın daxili Oddiseyası" adlı fotosərgisinin açılışı olub.

Bizim.Media xəbər verir ki, Heydər Əliyev Fondu, Fransa Respublikasının Azərbaycandakı səfirliyi və Azərbaycanda Fransız İnstitutunun birgə təşkil etdiyi sərginin açılışında çıxış edən Fondun beynəlxalq əlaqələr departamentinin rəhbəri, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov bildirib ki, Türkiyədən sonra Fransa ikinci ölkə idi ki, Azərbaycana müstəqilliyinin ilk illərində səfir təyin etdi.

Millət vəkili iki ölkə arasında siyasi, iqtisadi, mədəni, təhsil sahəsində uğurlu əməkdaşlığın olduğunu vurğulayıb.

Soltan Məmmədov fotosərginin əhəmiyyətinə toxunaraq deyib ki, Azərbaycan diasporasının görkəmli nümayəndəsi Reza Diqqəti 30 illik işğal və dağıntı ilə yanaşı bu gün azad olunan ərazilərimizdə sürətlə gedən yenidənqurma işlərini fotolentə alan bir fotoqrafdır.

Daha sonra Fransanın Azərbaycandakı səfiri Zakari Qross çıxış edib. "Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra münasibətlərimiz xeyli inkişaf edib.

Bu münasibətlər çox sıxdır və müxtəlif sahələri əhatə edir. Siyasi, iqtisadi və mədəni sahələrdə güclü əlaqələrimiz var və bu münasibətlər etimada əsaslanır. Fransa bu regionda sülhün bərqərar olması ilə çiçəklənən, dünyəvi Azərbaycanı dəstəkləməyə sadiq qalır", fransalı diplomat vurğulayıb.

Diplomat sərginin keçirilməsində verdiyi dəstəyə görə təşkilatçılara təşəkkür edib.

Sərgidə çıxış edən fotoqraf Reza Diqqəti öz yardacılığı, fotoqtafiyaya marağı barədə danışıb."Dünyada məni müharibə fotoqrafı kimi çağırırlar, ancaq mən özümü sülh fotoqrafı kimi qəbul edirəm. Mədəniyyətin sülhün, birgəyaşayışın mümkünlüyünə imkan verdiyinə inanıram".

Məşhur fotoqraf deyib ki, o, bu 30 ildə Azərbaycan həqiqətlərini fotoları vasitəsilə dünyanın diqqətinə çatdırmağa çalışıb. Reza Diqqəti deyib ki, Azərbaycan və Fransanın zəngin mədəni irsi var və bu nüans xalqları bir-birinə yaxınlaşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hörmüz boğazı BAĞLANDI

Hörmüz boğazı BAĞLANDI

Kürdə bir ailənin 4 üzvü köməksiz vəziyyətdə qaldı – FOTO

Kürdə bir ailənin 4 üzvü köməksiz vəziyyətdə qaldı – FOTO

Əhali iki ayda nə qədər pul xərcləyib?

Əhali iki ayda nə qədər pul xərcləyib?

“Kristal” və “Landau Education Group” arasında yeni əməkdaşlıq razılaşması əldə olunub! - FOTO

“Kristal” və “Landau Education Group” arasında yeni əməkdaşlıq razılaşması əldə olunub! - FOTO

Bakıda heykəli, bölgələrdə adına kəndlər olan Kirov – Şah pərəstişkarı olan bu xadim fəhlə sinfinin rəğbətini necə qazandı?

Bakıda heykəli, bölgələrdə adına kəndlər olan Kirov – Şah pərəstişkarı olan bu xadim fəhlə sinfinin rəğbətini necə qazandı?

Dərbənddə Azərbaycan teatrının açılışı olacaq – Putin onlayn formatda iştirak EDƏCƏK

Dərbənddə Azərbaycan teatrının açılışı olacaq – Putin onlayn formatda iştirak EDƏCƏK

“Sabah” 600 minə futbolçu alır

“Sabah” 600 minə futbolçu alır

Maştağada evdən 6300 dollar OĞURLANDI

Maştağada evdən 6300 dollar OĞURLANDI

Hande ölkəyə çatan kimi SAXLANILDI

Hande ölkəyə çatan kimi SAXLANILDI

Azərbaycan bu il də "Yer saatı" beynəlxalq kampaniyasına qoşulacaq - FOTO

Azərbaycan bu il də "Yer saatı" beynəlxalq kampaniyasına qoşulacaq - FOTO

Bir insanın öz evində nə qədər “yeri” var? – ARAŞDIRMA

Bir insanın öz evində nə qədər “yeri” var? – ARAŞDIRMA

Dəfnə yarpağı və zeytun yağının diz ağrılarına FAYDALARI

Dəfnə yarpağı və zeytun yağının diz ağrılarına FAYDALARI

Stasionar telefonlara maraq artır

Stasionar telefonlara maraq artır

“Qarabağ” bu futbolçunu baxışa çağırdı

“Qarabağ” bu futbolçunu baxışa çağırdı

Gədəbəydə 2 yaşlı uşaq epilepsiyadan dünyasını dəyişdi

Gədəbəydə 2 yaşlı uşaq epilepsiyadan dünyasını dəyişdi

Ötən gün ölkədə 8 avtomat, 2 pulemyot və digər silah-sursatlar aşkarlandı

Ötən gün ölkədə 8 avtomat, 2 pulemyot və digər silah-sursatlar aşkarlandı

Azərbaycanda əczaçılıq məhsullarının idxalı azalıb, istehsal isə artıb

Azərbaycanda əczaçılıq məhsullarının idxalı azalıb, istehsal isə artıb

Sabahın HAVASI: Yağış intensivləşəcək, subasma gözlənilir

Sabahın HAVASI: Yağış intensivləşəcək, subasma gözlənilir

Millimiz bu gün Portuqaliya ilə qarşılaşır

Millimiz bu gün Portuqaliya ilə qarşılaşır

Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər dəyişib? - VİDEO

Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər dəyişib? - VİDEO

Dünya səyyahları Zəngilanda – FOTO

Dünya səyyahları Zəngilanda – FOTO

Zaqatalada kafe yandı – FOTO

Zaqatalada kafe yandı – FOTO

Ən depressiv 5 BÜRC

Ən depressiv 5 BÜRC

DÇ-2026: Pley-off mərhələsində yarımfinal başa çatdı

DÇ-2026: Pley-off mərhələsində yarımfinal başa çatdı

End of content

No more pages to load

RADİO