Sümükləri qəbrdən çıxarıldı, ailəsinə verildi - Həsən bəy Zərdabi haqqında 10 MARAQLI FAKT

Bu gün tanınmış pedaqoq, maarifçi, naşir, islam dünyasının ilk təbiətşünas alimi və Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür.

Bütün həyatını millətinin maariflənməsinə həsr edən Həsən bəy Səlimoglu (Zərdabi) 1837-ci il iyun аyının 28-də Göyçay qəzasının Zərdab kəndində bəy аiləsində аnаdаn оlub. Bu gün bu böyük insanın anadan olmasının 185 ili tamam olur.

Bununla bağlı Bizim.Media Həsən bəy Zərdabi haqqında 10 maraqlı faktı təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

“Dahi ziyalımız Həsən bəy Zərdabi...” adlı virtual sərgi hazırlandı


1.15 yaşına qədər ərəb, fars və rus dillərini öyrənib.

2. Şamaxıdakı dünyəvi məktəbdə oxuyarkən Qafqaz Təhsil Komissiyasının müdiri baron Nikolayın diqqətini çəkən Zərdabi dövlət təqaüdü ilə Tiflisdə oxumaq şansı qazanıb. Lakin Həsən bəyin böyük qardaşları onun Tiflisə getməyinə icazə verməyiblər. Nəhayət, Tiflisdə yaşayan atasının dayısı general Fərəc bəy Ağayevin müdaxiləsindən sonra gənc Həsən Tiflisə gedir. 

3. Həsən bəy Zərdabi Moskva Dövlət Universitetində təhsil alan (1861-1866) ilk azərbaycanlıdır.

4. Qafqazda o zaman fəaliyyət göstərən 10 gimnaziyada çalışan müəllimlər içərisində ali təhsilli yeganə azərbaycanlı Həsən bəy idi.   

5. Zərdabi 1872-ci ildə Bakıda müsəlman dünyasında ilk "Cəmiyyət-xeyriyyə"ni yaradır. 

6. Həsən bəy Zərdabi Azərbaycanda ilk peşəkar teatrının yaradıcılarındandır. Onun rəhbərliyi və Nəcəf Bəy Vəzirov ilə Əsgər ağa Adıgözəlovun dəstəyi ilə 1873-cü ildə M. F. Axundovun "Hacı Qara" və "Lənkəran xanının vəziri" komediyaları tamaşaya qoyulub.

7. O, Azərbaycan milli mətbuatının banisidir. 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində Azərbaycan dilində "Əkinçi" qəzeti nəşrə başlayır. “Əkinçi” qəzeti Azərbaycan, həmçinin də bütün Rusiyada nəşr olunan ilk türk dilli qəzet idi.

8. 1906-cı ildə Bakıda Azərbaycan müəllimlərinin Birinci qurultayının keçirilməsinin təşəbbüskarı və təşkilatçısı Həsən bəy Zərdabi olub.

9. Hacı Zeynalabdin Tağıyevin 1901-ci ildə Bakıda açdığı Qızlar məktəbinin nizamnaməsi Zərdabi tərəfindən yazılıb. Məktəbin idarə heyətinin ik rəhbəri Tağıyev, müavin isə Zərdabi olub. Həsən bəy özü və dostları Bakı və ətraf əraziləri qapı-qapı gəzərək Məktəbə qızlar toplayıb. Nəticədə 1901-ci ilin 7 oktyabrında 58 qız şagird ilə məktəb fəaliyyətə başlayıb.
10. Həsən bəy zərdabi 28 noyabr 1907-ci ildə vəfat edir. Cənazəsi çox böyük kütlənin müşayiəti ilə dəfn edilir. O, köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunsa da, 1937-ci ildə həmin ərazi dağıdılır, mərhumun sümükləri bir müddət evdə ailəsinin yanında saxlanılır. Nəhayət, 1957-ci ildə Həsən bəy Zərdabinin vəfatının 50 illiyi qeyd olunarkən onun sümükləri Fəxri Xiyabanda dəfn olunur.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu gün azadlığına qovuşan qadın məhkumlar – FOTOLAR

Bu gün azadlığına qovuşan qadın məhkumlar – FOTOLAR

DYP bir daha piyadalara MÜRACİƏT ETDİ

DYP bir daha piyadalara MÜRACİƏT ETDİ

“BakuBus”onlarla avtobusu niyə qarajda saxlayır? – VİDEO

“BakuBus”onlarla avtobusu niyə qarajda saxlayır? – VİDEO

Fars körfəzinə DOĞRU

Fars körfəzinə DOĞRU

Bakıda FACİƏ: 16 və 17 yaşlı bacı-qardaş dəm qazından öldü

Bakıda FACİƏ: 16 və 17 yaşlı bacı-qardaş dəm qazından öldü

Türkiyə parlamentində dava – ANBAAN VİDEO

Türkiyə parlamentində dava – ANBAAN VİDEO

Canavar hücumuna məruz qalan şəxslərin SON DURUMU

Canavar hücumuna məruz qalan şəxslərin SON DURUMU

Aysun polisə şikayət etdi - VİDEO

Aysun polisə şikayət etdi - VİDEO

Eldar Mahmudovun bir neçə gün əvvəl vəzifəyə təyin edilən qohumu işdən ÇIXARILDI

Eldar Mahmudovun bir neçə gün əvvəl vəzifəyə təyin edilən qohumu işdən ÇIXARILDI

Xaçmazın bəzi ərazilərində işıq olmayacaq

Xaçmazın bəzi ərazilərində işıq olmayacaq

SON DƏQİQƏ! Siqaret satışı MƏHDUDLAŞDIRILDI – Qiymətlər kəskin YÜKSƏLDİ

SON DƏQİQƏ! Siqaret satışı MƏHDUDLAŞDIRILDI – Qiymətlər kəskin YÜKSƏLDİ

Paytaxt yollarında yeni işıqforlar – VİDEO

Paytaxt yollarında yeni işıqforlar – VİDEO

Lotereya biletləri satan şəxsi bıçaqladı - Məhkəmə zalında həbs edildi

Lotereya biletləri satan şəxsi bıçaqladı - Məhkəmə zalında həbs edildi

İdarə rəisinin öldüyü qəzadan görüntülər – VİDEO

İdarə rəisinin öldüyü qəzadan görüntülər – VİDEO

Naxçıvanda xanımı ilə birgə dəm qazından ölən Altay hərbçi imiş - FOTO

Naxçıvanda xanımı ilə birgə dəm qazından ölən Altay hərbçi imiş - FOTO

"Bitcoin"in SON qiyməti

"Bitcoin"in SON qiyməti

Bakıda ucuz qiymətə qəribə formalı ət satışa çıxarıldı – VİDEO

Bakıda ucuz qiymətə qəribə formalı ət satışa çıxarıldı – VİDEO

Nazirlikdən mövsümi xəstəliklərlə bağlı əhaliyə MÜRACİƏT

Nazirlikdən mövsümi xəstəliklərlə bağlı əhaliyə MÜRACİƏT

Mingəçevirdə 36 yaşlı kişi bıçaqlandı – TUTULAN VAR

Mingəçevirdə 36 yaşlı kişi bıçaqlandı – TUTULAN VAR

Ağdərə sakinlərinin NƏZƏRİNƏ: Təşvişə düşməyin

Ağdərə sakinlərinin NƏZƏRİNƏ: Təşvişə düşməyin

Məhkəmə "Kürd Amo"nu öldürən şəxslə bağlı hökmü dəyişdirdi

Məhkəmə "Kürd Amo"nu öldürən şəxslə bağlı hökmü dəyişdirdi

İlin son oyununda "Sabah" "Sumqayıt"ın qonağı olacaq

İlin son oyununda "Sabah" "Sumqayıt"ın qonağı olacaq

MƏZƏNNƏ: Avro bahalaşdı, rus rublu ucuzlaşdı

MƏZƏNNƏ: Avro bahalaşdı, rus rublu ucuzlaşdı

Qubada maşın qadın piyadanı vuraraq ÖLDÜRDÜ

Qubada maşın qadın piyadanı vuraraq ÖLDÜRDÜ

End of content

No more pages to load

RADİO