"Səkkiz milyon versələr aktrisalıq sənətindən gedərəm".
Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Fidan Axundova qonaq olduğu "Qısaqapanma" axşam şousunda deyib.
Sənətçi bildirib ki, yalnız yüksək məbləğə aktrisalıq fəaliyyətini sonlandıra bilər: "Səkkiz rəqəmi çox xoşuma gəlir. Orada səkkiz sonsuzluğun işarəsi kimi gözümə görünür. Mən heç zaman 8 milyonu görməmişəm. Heç bilmirəm necə olur".
Verilişin aparıcısı, aktyor Elməddin Cəfərovun "Gəl bir rəqəmə razılaşaq. Yüz min verim sənətdən get?" sözlərinə aktrisa "Yox, yüz minə getmirəm.
Təklif etdiyin o 100 mini özüm də qazana bilərəm, amma səkkiz milyonu qazanmaq kimi şansım yoxdur. Səkkiz milyondan aşağı bu sənətdən gedə bilmərəm" deyə, reaksiya bildirib.
Rəşad Əliyev, Bizim.Media