Gürcüstanda azərbaycanlıların komapkt yaşadığı Marneuli bələdiyyəsində bədbəxt hadisə baş verib.
Bizim.Media xəbər verir ki, bələdiyyənin Nərimanov küçəsində yerləşən yaşayış binalarından birinin 5-ci mərtəbəsində eyvan uçub.
Nəticədə 1 nəfər ölüb, daha bir neçə nəfərin isə yaralandığı bildirilir.
APA.az-ın məlumatına görə, hadisə yerinə çox sayda polis və təcili yardım cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media