Ukraynada söz veriblər ki, iyunun 26-da Rusiyanın Kiyevə atdığı raket hücumuna cavab özünü çox gözlətməyəcək.
Bizim.Media xəbər verir ki, bu fikirləri Ukrayna Prezidentinin Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanın Kiyevdə yerləşən səfirlik binasının yaxınlığına raket düşdü - VİDEO
“Kreml düşünür ki, biz ruhdan düşəcəyik. Ancaq bilsinlər ki, cavab verəcəyik. Sadəcə sizin kimi dinc insanlara deyil, komanda postlarına zərbə endirəcəyik”, - deyə o, qeyd edib.
Xatırladaq ki, bu gün səhər tezdən Kiyevdə hava hücumu zamanı dörd güclü partlayış baş verib. Sonradan məlum olub ki, Xəzər dənizinin səmasında içan Rusiya qırıcılarından atılan raketlər Şevçenko rayonunda yaşayış binasına və uşaq bağçasına düşüb.
Bizim.Media