“Ukrayna qalib gəlsə, Avropa İttifaqı dağılacaq” - Ali Radanın deputatı Oleq Dunda

Ukrayna - Rusiya müharibəsində daha bir qanlı həftəni arxada qoyduq. Bəs ötən həftə bu müharibədə hansı hadisələr cərəyan etdi? Ukraynada ictimai-siyasi və sosial-iqtisadi vəziyyət ötən həftə hansı istiqamətdə inkişaf etdi? 

Bu və digər suallara cavab tapmaq üçün Bizim.Media informasiya portalının Baş redaktoru Anar Tahirov Ukrayna Ali Radasının deputatı, Zelenskinin rəhbəri olduğu “Xalqın xidmətçisi” fraksiyasının üzvü Oleq Dunda ilə həmsöhbət olub. 

Həmin müsahibəni təqdim edirik: 

- Ötən həftə İngiltərə, Fransa, Almaniya və İtaliya dövlətlərinin başçıları Kiyevə gəldi. Bu görüşlər hadisələrin inkişafına necə təsir etdi?

- Avropa dövlət başçılarının bu səfəri hər şeydən əvvəl Ukraynanın Aİ-yə üzvülük məsələsini dəstəklənməsinə xidmət edən bir səfər idi. Eyni zamanda, Rusiyaya qarşı müharibədə Ukraynaya bir dəstək nümayişi idi. Təbii ki, belə səfərlər hər şeydən öncə Ukraynalılar üçün bir stimuldur. Belə səfərlər həm də həmrəylikdir, birgə mübarizə yoludur.

- Biz İkinci Qarabağ müharibəsindən əvvəl avropalıların Azərbaycana bu tip səfərlərini çox görmüşük. Çox təəssüf ki, Qərbin bizə qarşı hər zaman ikili yanaşması olub. Siz necə fikirləşirsiniz, Ukraynaya gələn dövlət başçıları doğrudanmı Ukraynanın qələbəsini arzulayır?

- Tamamilə doğru deyirsiniz. Qərbin sözü ilə əməli çox zaman üst-üstə düşmür. Onlar daha çox ticari maraqları güdürlər. Avropa liderlər 4-5 il sonranı yox, indiki reallıqlara daha çox diqqət edirlər. Çox təəssüf ki, indi Avropada nə Şarl de Qol var, nə də ki, Çörçil... İndiki Avropa artıq əvvəlki kimi qüdrətli deyil. Klassik Avropa ilə yeni avropalılar arısında hazırda mübarizə gedir. Əgər Ukrayna müharibədə qələbə çalsa, Aİ dağılacaq. 

- Boris Conson Ukraynadan qayıdandan sonra bəyan etdi ki, Avropa uzunmüddətli müharibəyə hazır olmalıdır. Sizcə Consonda bu qənaət hardan yarandı?

- Ona görə ki, 4 aylıq müharibə yeni reallıqlar diqtə edir. Artıq hamı başa düşür ki, sülh perspektivi yoxdur. Sülh olmayan yerdə isə müharibənin uzanması labüdür. Nəzərə alaq ki, Rusiya da müharibənin uzanmasında maraqlıdır. Çünki, Moskvanın müharibəni qısa vaxtda qələbə ilə başa vurmaq sevdası baş tutmadı. Ona görə də məğlubiyyətdən qaçmaq üçün müharibəni uzatmaq əla fürsətdir. Və onu da əlavə edim ki, Conson müharibənin uzanma ehtimalı ilə yanaşı Rusiya daxilində siyasi gərginliyin artırılması vacibliyini də söyləmişdi. Rusiyada daxili çəkişmələr güclənəcəyi təqdirdə müharibənin tez qurtarmaq imkanları yaranacaq. 

- Prezident Zelenski də müharibənin uzanacağından danışıdı. Ukrayna belə bir uzun mübarizəyə hazırdırmı?

- Nəzəri cəhətdən Ukrayna ABŞ və Avropanın dəstəyi olmadan müharibəni ancaq partizan müharibəsi kimi davam etdirə bilər. Praktik cəhətdən isə biz həm ABŞ-ın, həm də Böyük Britaniyanın köməkliyini nəinki hiss edirik, hətta bu köməyin konkret nəticələrini görürük. Ona görə də biz bütün variantları nəzərdən keçirmək məcburiyyətindəyik.

- Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev belə bir status paylaşdı ki, 2 ildən sonra dünya xəritəsində Ukrayna adlı dövlət olmayacaq. Bununla eyni vaxtda sosial şəbəkələrdə Ukraynanın cənubunda yaradılacaq yeni dövlətin adı və xəritəsi yayıldı. Bu barədə nə deyə bilərsiniz?

- Moskvanın niyəti bəllidir. Onlar Ukraynanın mövcudluğunu istəmir. Ona görə də sülhdən danışanda mən Ukraynanın hansısa ərazisinin itiriləcəyi qorxusunu yaşayıram. Onlar istədiklərini əldə edənə qədər dayanmayacaqlar. Amma istəmək hələ gerçəklik deyil...

- Ali Rada ictimai yerlərdə rus musiqisininin səsləndirilməsini və rus dilində ədəbiyyatın yayılmasını qadağan edib. Qərarın məhz indi verilməsi nə ilə bağlıdır?

- Başqa necə ola bilərdi ki? Biz Rusiya ilə ölüm-qalım müharibəsindəyik. Belə vəziyyətdə nəyə görə rus dilinin və mədəniyyətinin Ukraynada təbliğinə göz yummalıyıq?! Biz yalnız Böyük Qələbəmizdən sonra Ukraynada rus dilinin və mədəniyyətinin təbliğinə imkan verə bilərik. Başqa vəziyyətdə isə bu istisnadır.

- Deyirlər, ən pis sülh müqaviləsi, istənilən müharibədən yaxşıdır. Belə bir çətin vəziyyətdə rəsmi Kiyev Moskva ilə sülh danışıqlarına getməyə hazırdırmı?

- İndiki halda istənilən sülh ən yaxşı halda problemin dondurulması deməkdir. Dondurulmuş münaqişənin nə olduğunu isə azərbaycanlılar Qarabağın timsalında çox yaxşı bilirlər. Yəni indiki sülh bizim üçün Zaporejyenin, Xersonun, Luqanskinin, Donbasın və digər vilayətlərin itirilməsi deməkdir. Buna isə Ukraynada heç kim hazır deyil. Daha doğrusu, bu vəziyyəti heç kim qəbul etmək istəmir. Bizim üçün sülh Ukraynanın maraqlarını təminatı halında mümkündür. Ona görə də nə Zelenski, nə də ki, onun ofisi sülhə hazır deyil.

- Elə isə uzanacaq müharibə şəraitində Ukrayna öz iqtisadi təhlükəsizliyini necə təmin edəcək? Nəzərə alaq ki, bir neçə aydan sonra havalar soyuyacaq. Təbii qaza və digər məhsullara tələbat kəskin artacaq. Ölkənin ehtiyatı varmı? 

- Hələlik müəyyən ehtiyatlarımız var. İşğal olunan ərazilərə mavi yanacağın ötürülməsini dayandırmışıq. Eyni zamanda, digər ehtiyatlarımıza da maksimum qənaət edirik. Bundan əlavə, əksər bölgələrdə alternativ enerji mənbələrindən istifadə etməyə başlamışıq. Çətin olacaq, amma dözəcəyik. Daha doğrusu dözmək məcburiyyətindəyik.

- Kənd təsərrüfatında vəziyyət necədir. Biz bilirik ki, Ukrayna aqrar ölkədir. Və hər il çox böyük həcmdə kənd təsərrüfatı məhsulları ixrac edirdi. Bəs bu il necə olacaq?

- Deyim ki, bu il taxıl məhsullarının istehsalı ən azı 30 faiz azalacaq. Bununla belə bizim ötən ildən anbarlarımızda 25-30 milyon ton taxıl ehtiyatımız yığılıb qalb. Hazırda hökümətin əsas hədəfi bu ehtiyatları xarici alıcılara çatdırmaqdır. Bunun üçün Bolqarstan, Polşa və Baltikyanı ölkələrlə danışıqlar aparılır.

Anar Tahirov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Mən ona xəyanət etməmişəm" – VİDEO

"Mən ona xəyanət etməmişəm" – VİDEO

Hikmət Hacıyev Türkiyə rəsmiləri ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? – FOTO

Hikmət Hacıyev Türkiyə rəsmiləri ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? – FOTO

Milli Məclisin iclası BAŞLADI – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin iclası BAŞLADI – Hansı məsələlər müzakirə olunur?

Beyləqanda körpə doğuşdan sonra VƏFAT ETDİ

Beyləqanda körpə doğuşdan sonra VƏFAT ETDİ

FAKTİKİ HAVA: Azərbaycanda yağış və qar yağır

FAKTİKİ HAVA: Azərbaycanda yağış və qar yağır

“Fənərbaxça” doğma meydanda qalib gəldi - VİDEO

“Fənərbaxça” doğma meydanda qalib gəldi - VİDEO

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşdı

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşdı

İtaliyada film kimi OĞURLUQ – İnkassator maşınını belə soydular – ANBAAN VİDEO

İtaliyada film kimi OĞURLUQ – İnkassator maşınını belə soydular – ANBAAN VİDEO

Bülbülə sakini dəm qazından VƏFAT ETDİ

Bülbülə sakini dəm qazından VƏFAT ETDİ

Pensiya kapitalı bu qədər ARTIRILDI – Nazir müavinindən AÇIQLAMA

Pensiya kapitalı bu qədər ARTIRILDI – Nazir müavinindən AÇIQLAMA

Qış Olimpiya Oyunları: İdmançımız bu gün mübarizəyə başlayır

Qış Olimpiya Oyunları: İdmançımız bu gün mübarizəyə başlayır

Nəsiminin yeni icra başçısı kollektivə təqdim olundu – FOTO

Nəsiminin yeni icra başçısı kollektivə təqdim olundu – FOTO

Pensiyaçılara ŞAD XƏBƏR

Pensiyaçılara ŞAD XƏBƏR

Lavrovun hədələri, Avropanın çıxılmaz VƏZİYYƏTİ – Rusiya yeni müharibəyə HAZIRLAŞIR?

Lavrovun hədələri, Avropanın çıxılmaz VƏZİYYƏTİ – Rusiya yeni müharibəyə HAZIRLAŞIR?

Yamal yeni rekorda İMZA ATDI

Yamal yeni rekorda İMZA ATDI

“Yol əhvalatı” filminin Amerika VERSİYASI – Təyyarə magistrala eniş etdi – ANBAAN VİDEO

“Yol əhvalatı” filminin Amerika VERSİYASI – Təyyarə magistrala eniş etdi – ANBAAN VİDEO

Strateji investisiyalar bu halda dövlət tərəfindən ALINA BİLƏCƏK

Strateji investisiyalar bu halda dövlət tərəfindən ALINA BİLƏCƏK

Qədr gecələrinin vaxtı AÇIQLANDI

Qədr gecələrinin vaxtı AÇIQLANDI

ADY-dən hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ

ADY-dən hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Yaşlı insanların təqaüd kartlarını talayan şəxs TUTULDU

Yaşlı insanların təqaüd kartlarını talayan şəxs TUTULDU

Ukraynada yaralanan azərbaycanlı döyüşçü vəfat etdi – FOTO

Ukraynada yaralanan azərbaycanlı döyüşçü vəfat etdi – FOTO

Torpaq sahələri və mənzillər BAHALAŞACAQ – BU TARİXDƏ

Torpaq sahələri və mənzillər BAHALAŞACAQ – BU TARİXDƏ

Polis İsmayıllıda əməliyyat keçirdi – TUTULAN VAR - VİDEO

Polis İsmayıllıda əməliyyat keçirdi – TUTULAN VAR - VİDEO

End of content

No more pages to load

RADİO