Bu gün Tbilisidə keçirilən etiraz aksiyasının iştirakçıları Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin istefasını tələb ediblər.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, etiraz aksiyasında minlərlə insan iştirak edir.
Etirazçılar Avropa Komissiyasının tövsiyələrini yerinə yetirəcək Milli Razılıq hökuməti formalaşdırılmasını tələb edirlər.
Onlar tələblərin yerinə yetirilməsi üçün hökumətə bir həftə vaxt veriblər.
Bizim.Media