Gürcüstanın paytaxtı Tiflisdə iş adamı Levan Kaçarava odlu silahla öldürülüb.
Bizim.Media "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, hadisə Tsxneti qəsəbəsində baş verib.
Şəxsi avtomobilində olan 53 yaşlı biznesmenə 20-yə yaxın güllə dəyib.
Qeyd edək ki, L.Kaçarava “Silk Road Group” şirkətinin həmtəsisçisidir.
Bizim.Media