İsrailin xarici işlər naziri Yair Lapidi daşıyan təyyarə Ankaraya eniş edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “The Times of Israel” nəşri yayıb.
Mənbə yazır ki, Lapidin gəlişi təyyarədəki “texniki problemlər” səbəbindən gecikib. Nazir Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək.
Hər iki diplomatın yerli vaxtla saat 16:20-də birgə bəyanatla çıxış edəcəyi gözlənilir.
Bizim.Media