“Kremldəki məlumatlı mənbələrin mənə bildirdiyinə görə, “Arsax”ın (Qarabağdakı qondarma rejim) “rəhbəri” Arayik Arutyunyan Moskvaya gəlib və Laçın şəhərinin iyulun 1-dək təslim edilməsi və Azərbaycanın “Laçın dəhlizi”nə alternativ çəkdiyi yolun işə salınması ilə bağlı Bakı ilə gizli danışıqlar aparıb”.
Bizim.Media “yerevan.today” saytına istinadən xəbər verir ki, bu barədə tanınmış rusiyalı media meneceri, milliyətcə erməni olan Aram Qabrelyanov Telegram kanalında yazıb.
O bildirib ki, həmin tarixdə Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçəcək.
“Arayik tanınmış fırıldaqçı və iş adamıdır. “Arsax”da milyonlar qazanıb və indi də qazanır. Qarabağda yaşayan ermənilər deyir ki, Arayik bu addımı ilə müharibədə iştirak edən qardaşının xatirəsinə xəyanət edib. Qarabağı satmaq onun üçün bir su içimlikdir. O, Xankəndinə hansı üzlə qayıdacaq?” – deyə Aram Qabrelyanov yekunlaşdırıb.
Bizim.Media