Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda meşəlik ərazidə baş verən yanğının söndürülməsi davam edir.
Bizim.Media TRT-yə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan helikopterlə yanğın baş verən əraziyə baxış keçirib.
Yanğın bir neçə saat əvvəl qismən nəzarət altına alınsa da, günortadan sonra küləyin sürətinin artması alovu daha da gücləndirib.
Daxili işlər naziri Süleyman Soylu yanğının təxribat nəticəsində baş verib-vermədiyinin araşdırıldığını bildirib.
Bizim.Media