Türkiyədə göbələk toplayan vətəndaşlar naməlum PUA tapıblar.
Bizim.Media TRT-yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin aerokosmik və müdafiə üzrə mütəxəssisi Arda Mövlutoğlu məlumat verib.
O, dağlara düşən PUA-nın Rusiyaya məxsus olduğu bildirib:
"Çox güman ki, bu, “Orlan-10”dur. Onun uçuş məsafəsi hava şəraitindən asılı olaraq 600 km-ə qədərdir. Böyük ehtimalla yer nəzarət rabitə stansiyası ilə əlaqəsi itdiyindən və ya başqa nasazliq səbəbindən Gümüşxanəyə qədər uça bilib. Ermənistanla sərhəddən onun yerləşdiyi yerə qədər olan məsafə təxminən 400 km-dir”, - deyə Arda Mövlutoğlu vurğulayıb.
Bizim.Media