Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2022” beynəlxalq taktiki-uçuş təlimindən görütülər maraqla qarşılanıb.
Bizim.Media xəbər verir ki, sözügedən görüntülər Türkiyə Milli Müdafiə Nazirliyinin “Twiter” hesabında paylaşılıb.
Qeyd edək ki, Azərbaycanın da iştirak etdiyi “Beynəlxalq “Anadolu Qartalı – 2022” təlimi Konyadakı III Əsas Qırıcı Bazasının komandanlığında davam edir.
Təlimlər iyulun 1-də yekunlaşacaq.
Bizim.Media