Ermənistan polisi ölkənin Ararat rayonunda məşhur şəxsi öldürmək niyyətində olan qrupun zərərsizləşdirilməsi üçün xüsusi əməliyyat keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Shamshyan.com” nəşri yayıb.
Mənbə yazır ki, ötən gün məşhur şəxsi öldürmək məqsədi ilə İrəvana gələn Qarabağdan olan üç erməni saxlanılıb.
38, 39 və 62 yaşlı kişilərin Qarabağdan Ermənistana gələrək İrəvanda məşhur şəxsi öldürməyə hazırlaşdıqları barədə Baş Kriminal Polis İdarəsinə əməliyyat məlumatı daxil olub.
“Armenia Today”in yazdığı kimi, iyunun 19-da İrəvan-Arazdöyən (Yerasx) magistralında silah-sursat saxlamaq və gəzdirməkdə şübhəli bilinən polis əməkdaşları qeyd olunan şəxsləri zərərsizləşdirərək polisə təhvil veriblər.
Saxlanılanların adları və onların seçdiyi hədəf açıqlanmır.
Bizim.Media