Ukrayna ordusu Qara dənizdəki İlan adasına aviazərbələr endirib.
Bizim.Media CNN-ə istinadən xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Cənub Əməliyyat Komandanlığı yayıb.
Bildirilib ki, adadakı hədəflərə müxtəlif silahlardan dağıdıcı zərbələr endirilib. Komandanlıq hərbi əməliyyatın davam etdirildiyini, bu səbəbdən əməliyyat bitənədək “informasiya sükutu” tələb olunduğunu vurğulayıb.
Adada yerləşən Rusiya qarnizonunun zərbələr nəticəsində ciddi itki verdiyi deyilir.
Bizim.Media