“Tesla” və “SpaceX”in qurucusu İlon Maskın oğlu Ksavye atasının soyadından imtina etməklə yanaşı, cinsini dəyişmək qərarına gəlib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, 18 yaşlı Ksavye Aleksandr Mask rəsmi məlumatların - adı və cinsini dəyişdirmək üçün hələ bu ilin aprelində müraciət edib.
“Mən artıq bioloji atamla yaşamıram və onunla heç bir şəkildə, heç bir formada münasibət qurmaq istəmirəm” - deyə, milyarderin oğlu bildirib.
Ksavye bundan sonra Vivyen Cenna Uilson adını alacaq. O, 2008-ci ildə boşandığı keçmiş həyat yoldaşı Castin Uilsonla İlon Maskın oğludur. Ümumilikdə keçmiş cütlüyün beş övladı var.
Rəşad Əliyev, Bizim.Media