"Youtube" videohostinqi rusiyalı ermənipərəst hərbi jurnalist Semyon Peqovun “Wargonzo” səhifəsini silib.
Bizim.Media xəbər verir ki, İkinci Qarabağ müharibəsi zamanı ermənipərəst mövqeyi ilə tanınan rusiyalı hərbi jurnalist Semyon Peqov ona məxsus “Wargonzo” Youtube kanalının tamamilə silindiyini bildirib.
Buna səbəb telekanalın Ukraynadakı müharibəni işıqlandırarkən hostinq qaydalarını pozması olub.
Qeyd edək ki, erməni əsilli media maqnatı Aram Qabrielyanın maliyyələşdirdiyi “Wargonzo” layihəsi İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanla bağlı dezinformasiyaların yayılması ilə məşğul olub.
Kanalın müəllifi Semyon Peqov o zaman Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilmişdi.
Bizim.Media