Türkiyəli aktrisa Yonca Türkman bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, aktrisa İstanbulda Qaziosmanpaşada yerləşən binanın 15-ci mərtəbədəki evinin eyvanından yıxılaraq vəfat edib.
Yoncanın eyvandan necə yıxıldığı hələlik bəlli deyil.
Aktrisanın evdə yalnız olduğu bildirilib.
Polis baş verən hadisənin izinə düşərək, sənətçinin ölümü ilə bağlı araşdırmalara başlayıb.
Qeyd edək ki, bir sıra serial və filmlərdə rol olan Y.Türkman sonuncu dəfə "İyilik", "Adı sevgi" və "Evlilik hakkında her şey" ekran işlərinə çəkilib.
Rəşad Əliyev, Bizim.Media