Xəbər verdiyimiz kimi, Türkiyədə yaşayıb, orada modellik karyerasını uğurla davam edən Günay Musayeva tətilə Maldiv adalarına yollanıb.
Bizim.Media xəbər verir ki, modelə gecə saatlarında xoş sürpriz olunub.
Dəniz sahilində qırmızı rəngli kağız şarlarla əhatə olunmuş iki nəfərdən ibarət masa qurulub. Masanın üzərində isə urək formasında şirniyyat olub.
Həmin anları G.Musayeva sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Lakin bu sürprizin kim tərəfindən edilməsini isə Günay açıqlamayıb.
Rəşad Əliyev, Bizim.Media