Qazaxıstan və İran prezidentləri Kasım-Jomart Tokayev və İbrahim Rəisi Qazaxıstandan İrandan keçməklə Türkiyəyə ilk yük qatarını yola salıblar.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı ORDA nəşri yayıb.
Mənbə yazır ki, qatar onlayn rejimdə işə salınıb. Pilot yük qatarının başlanğıc nöqtəsi Pavlodar olub və bir neçə gün sonra Türkmənistan ərazisindən keçərək Tehrana çatıb.
“KTZ Express” şirkəti tərəfindən təşkil edilən pilot konteyner qatarı 48 ədəd 20 futluq konteynerdən ibarətdir. 12 günlük marşrutun uzunluğu 6336 kilometrdir.
Xatırladaq ki, Tokayev bu gün Tehrana rəsmi səfərə gəlib. İRNA-nın məlumatına görə, hər iki dövlət başçıları tranzitin inkişafı, elm və mədəniyyət məsələləri, enerji, kənd təsərrüfatı və ticarət-iqtisadi mübadilə kimi sahələrdə əməkdaşlığa dair 9 sənəd imzalayıblar.
Bizim.Media