Rusiyanın Azərbaycandakı səfirliyi ölkənin keçmiş dövlət katibi Gennadi Burbulisin Bakıda vəfat etməsi ilə bağlı məlumatı təsdiqləyib.
Bizim.Media xəbər xəbər verir ki, bu barədə informasiyanı səfirlik Trend-ə bildirib.
"Bizim konsulluq əməkdaşlarımız lazımi köməkliyi göstərir", - deyə mənbə qeyd edib.
Xatırladaq ki, Rusiyanın keçmiş dövlət katibi, baş nazirin keçmiş birinci müavini və iki çağırış Dövlət Dumasının üzvü olmuş Gennadi Burbulis 77 yaşında Bakıda vəfat edib. Onun dəfninin vaxtı və yeri hələlik açıqlanmayıb.
Bizim.Media