Türkiyənin məşhur sənətçisi Sezen Aksu “Disney Plus”un reklam siması seçilib.
Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, müğənni barədə filmin çəkiləcəyi nəzərdə tutulub.
68 yaşlı məşhur sənətçinin həyatı və karyerası barədə ekranlaşdırılacaq ekran əsəri “Disney Plus”da yayımlanacaq.
Qeyd edək ki, tanınmış türk sənətçisi aktrisa kimi də özünü sınayıb. O, məşhur türk filmlərində yaddaqalan obrazlar canlandırıb.
Bizim.Media