Argentinada 5,3 bal gücündə zəlzələ baş verib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yeraltı təkanların episentrinin təxminən 1 milyon nəfər əhalisi olan Mendoza şəhərindən 92 km cənubda yerləşdiyini açıqlayıb.
Sunami təhlükəsi, dağıntı və tələfat barədə məlumat yoxdur.
Bizim.Media