"Seçilmiş" ("The chosen one”) filminin aktyorları Raymundo Qarduno Krus və Xuan Fransisko Qonsales Aqilar avtomobil qəzasında vəfat ediblər.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, Meksikada aktyorların və çəkiliş heyyətinin olduğu maşın səhralıq ərazidə yoldan çıxaraq aşıb.
Nəticədə 2 aktyor həyatını itirib, çəkiliş komandasının 6 işçisi isə yaralanıb.
Bizim.Media
