Əfqanıstanın paytaxtı Kabildə terror aktı törədilib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, səhər saatlarında Kabilin Karte-i Pervan bölgəsində hindu məbədinə hücum nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.
Hadisə zamanı məbədin bir hissəsinin yandığı deyilir.
Qeyd edək ki, "Taliban"ın polis qüvvələri terrorçunu zərərsizləşdirib.
Bizim.Media