Xalq artisti Zülfiyyə Xanbabayevanın qızı Dəniz məzun olub.
Bizim.Media xəbər verir ki, sənətçi qızının məzun günündə mahnı ifa edib.
Xalq artisti Dənizin özəl günündən görüntüləri paylaşaraq, sevinc hisslərini dilə gətirib.
“Qəribə hisslərdir... Dənizimin ilk məzun gecəsində həm də bir müğənni olaraq iştirak edəcəyimi təsəvvür etmirdim. Əziz və doğma balalarımız! Hər birinizi ürəkdən təbrik edirik! Yolunuz açıq olsun!”, - deyə, Z.Xanbabayeva yayımladığı videoya şərh yazıb.
Rəşad Əliyev, Bizim.Media