Dünya şöhrətli 59 yaşlı Hollivud ulduzu Demi Mur ilk dəfə yeni sevgilisinin fotolarını paylaşıb.
Bizim.Media xəbər verir ki, aktrisa eşq yaşadığı məşhur aşpaz Daniel Hamm ilə Fransada açıq tennis çempionatının finalından, həmçinin birgə gəzintidən görüntülərini paylaşıb.
Aşiqlər daha əvvəl fotoqrafların obyektivinə tuş gəlsə də, aktrisa münasibətlərini təsdiq etməmişdi. Demi Mur və Daniel Hamm romanı bu ilin martında məlum olub. Yeni sevgilisi 59 yaşlı aktrisadan 13 yaş kiçikdir.
Rəşad Əliyev, Bizim.Media